Sümük əriməsində istifadə olunan Bifosfonat qrupu preparatlar Tip 2 Diabetin qarşısını ala  bilərmi?
04.07.2022 09:38
Danimarkanın Aalborg Universitetində aparılan araşdırmalara görə, ömrünün istənilən vaxtında Bifosfonat (alendronat) ilə müalicə olunan şəxslərdə diabet riski heç vaxt  istifadə etməmiş şəxslərlə müqayisədə 36% daha aşağı olub.
 
Aztibb.az xəbər verir ki, həkim-endokrinoloq Fərhad Burzu bu barədə maarifləndirici məlumat paylaşıb. 
 
Həkim bildirib ki, sümük sistemi pasiyentlər tərəfindən unudulan ən əsas sistemələrdən biridir. Yalnız yaşlandığımız, qırıqlar və sınıqlar əmələ gəldiyi zaman xatırlanır.
 
Onun sözlərinə görə, Avropa  Diabet Araşdırma Assosiasiyasının (EASD) bu ilki toplantısı  zamanı qeyd edilib ki, osteoporoz dərmanı alendronatın uzun müddət istifadəsində diabet riskini bir o qədər azaldır. Bu, şəkər və sümük metabolizmasının bir-birinə təsir etdiyini göstərir. Diabetli xəstələrin sümük sərtliyi azalır və densitometriya müayinəsində sümük sıxlığı  normal olsa da, bu xəstələrin çoxunda osteoporoz və sınıq riski olduğu qeyd edilir.
 
Xüsusilə, 8 ildən çox bifosfonat preparatları ilə müalicə olunanlarda şəkər xəstəliyinə tutulma şansı 53% azaldığı bildirilib.
 
Araşdırma üçün gələcək addımlar, insulinə rezistentlik, sümük indeksləri və glikemik nəzarət arasındakı əlaqənin daha da qiymətləndirilməsi, sağlam insanlarda, prediabetli və tip 2 diabetli xəstələrdə müqayisə edilməsi yönümlüdür. Alendronatın tip 2 diabetli xəstələr üçün ən yaxşı anti-osteoporotik müalicə olub-olmadığını araşdırmaq da gələcək hədəflər içindədir.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib