"İnsan sağlamlığını təhdid edən xəstəliklər barədə maarifləndirmənin keçirilməsi” adlı konfrans keçirilib - Gədəbəydə 
03.07.2022 19:33
İyulun 2-də Gədəbəy rayonunda “Sağlamlığın Qorunması” İctimai Birliyi tərəfindən “İnsan sağlamlığını təhdid edən xəstəliklər barədə maarifləndirmənin keçirilməsi” adlı növbəti konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə baş tutub.
 
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Gədəbəy şəhərində ucaldılmış abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
 
Konfransı giriş sözü ilə açan Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev “Sağlamlığın Qorunması” İB tərəfindən əhalini maarifləndirmək məqsədilə həyata keçirilən layihənin aktuallığını qeyd edib.
 
“Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, t.ü.f.d. Yazgül Abdıyeva qonaqları və iştirakçıları salamlayaraq, hepatit virusları arasında ən təhlükəli olan hepatit B virusu ilə bağlı məlumat verib. O, bu cür maarifləndirmə tədbirlərinin hər zaman keçirilməsinin vacibliyini vurğulayıb.
 
Daha sonra “Sağlam bəşəriyyətin təhdidi - Hepatit” adlı videoçarx nümayiş etdirilib.
 
Tədbirdə Afət Məmmədlinin “Hepatit B-nin dəqiq təyini üçün laborator diaqnostika”, Təranə Bağırovanın “Pediatriyada Hepatit B” və Akif Həsənovun “Hepati B-dən qorunma üsulları. Hepatit B virusu” adlı məruzələri dinlənilib.
 
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev tərəfindən Yazgül Abdıyevaya Gədəbəy rayonunun ictimai-siyasi həyatında fəal iştirakına görə Fəxri fərman təqdim edilib.
 
Sonda sual və təkliflər səsləndirilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır