"Azərbaycanın regionlarında oftalmoloji yardımın optimallaşdırılması” mövzusunda IX Regional konfrans keçirilib
25.06.2022 13:42

İyunun 24-də Şəki şəhərində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə “Azərbaycanın regionlarında oftalmoloji yardımın optimallaşdırılması” mövzusunda IX Regional konfrans keçirilib.


Konfransda Bakıdan və bir çox regionlardan tanınmış mütəxəssis və alimlər iştirak ediblər.

 

Tədbirin keçirilməsində məqsəd oftalmologiyada baş verən yenilikləri, aktual məsələri müzakirə edərək Azərbaycan oftalmologiyasının, həmçinin region həkimlərinin inkişafına dəstək olmaqdan ibarətdir.

 

Konfransı giriş sözü ilə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, prof. Elmar Qasımov açaraq ölkəmizdə oftalmologiyanın inkişafı ilə bağlı görülən işlərdən danışıb, tədbirin işinə uğurlar arzulayıb.

 

Daha sonra AOC-un sədr müavini, t.ü.f.d. Yazgül Abdıyeva “Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin 5 illik fəaliyyəti və gələcək planları” mövzusunda məruzəsini təqdim edib.

 

Tədbirdə “Səki-Zaqatala iqtisadı rayonunda pediatrik patologiyaya dair”, “Şəki rayonunda oftalmoloji xidmətin dünəni və bu günü”, “Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının fəaliyyətinə dair”, “Azərbaycanda buynuz qişanın transplantasiyasına səbəb olan patoloji hallar”, “2020-2022 çi illər ərzində Şəki Rayon Mərkəzi Xəstəxanasına görmə orqanı zədələri ilə olan müraciyyətlərin klinik-statistik analizi” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

 

Sonra prof. Elmar Qasımov tərəfindən 2020-2021-cil illərdə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin keçirdiyi vebinar və konfranslarda fəal iştiraklarına görə Türkiyədən olan bir qrup alimin Fəxri fərmanlarla təltif olunacağını diqqətə çatdırıb.

 

Konfrasda, həmçinin 44 günlük Vətən müharibəsində iştirak etmiş həkimlərə “Əhalinin sağlamlığının qorunması sahəsində fəaliyyətinə görə” Fəxri fərmanlar təqdim olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır