Gömrükçülər könüllü qanvermə aksiyasında iştirak ediblər  
13.06.2022 15:54

Gömrük əməkdaşları “Qan ver, ümid ol” şüarı altında keçirilən könüllü qanvermə aksiyasında iştirak ediblər.

 

14 iyun - Ümumdünya Qan Donoru Gününə həsr edilən aksiya Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə baş tutub.

 

Aksiyada DGK Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev və Mərkəzi Gömrük Hospitalı Qan bankı şöbəsinin rəisi Gülnar Xəlilova həssas insanlar qrupu üçün donor qanının həyati məsələ olduğunu vurğulayıb və bu nəcib təşəbbüsə qoşulan gömrükçülərə minnətdarlıqlarını bildiriblər.

 

Qanvermə aksiyası zamanı Mərkəzi Qan Bankının tibb briqadasının həkim-hematoloqları hər bir donorun sağlamlıq durumunu qiymətləndirdikdən sonra onlardan qan götürüblər. Donorlar bu cür aksiyaların keçirilməsini təqdir edib və digər şəxsləri də qanvermədə fəal iştirak etməyə səsləyiblər.

 

Aksiyada Dövlət Gömrük Komitəsi, Bakı Baş Gömrük İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Əməliyyat və İstintaq Baş İdarəsi, Sumqayıt Baş Gömrük İdarəsi, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi, Tibbi Xidmət İdarəsinin Sanitar Karantin Xidməti və Mərkəzi Gömrük Hospitalının əməkdaşları olmaqla, ümumilikdə 100 nəfərdən çox gömrükçü qan verib.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib