Parlaq işıq yeniyetmələrin gecə yuxusu və psixikasına mənfi təsir edir
17.07.2020 16:54

O, bipolyar pozuntu, depressiya, həyəcan riski ilə assosiasiya olunur. Alimlər hesab edirlər ki, gecə vaxtı insanlar imkan daxilində küçə işığının təsirindən çəkinməlidirlər.

 

Pəncərədən daxil olan süni işıq gecə vaxtı yeniyetmələrin yuxusunu pozur. O, depressiya və həyəcanın inkişaf riskini artırır. Bu barədə "JAMA Psychiatry" jurnalında dərc edilmiş tədqiqat işində məlumat verilir.

 

Aztibb.az saytı medportal.ru resursuna istinadla məlumat verir ki, alimlər ABŞ-da tipik şəhər və kənd rayonlarının gecə işıqlandırılmasını qiymətləndiriblər. Bunun üçün onlar Birləşmiş Ştatların okean və atmosfer üzrə Milli Administrasiyası peyklərinin məlumatlarından istifadə ediblər.

 

Tədqiqatın müəllifləri bu rayonlarda yaşayan 10 mindən çox yeniyetmədən müsahibə alıblar. Alimlər xüsusi cədvəllərə əsasən onların həyəcan və depressiya dərəcəsini qiymətləndiriblər.

 

Məlum olub ki, işıqlandırmanın daha intensiv olduğu ərazilərdə yeniyetmələrdə yuxu pozuntuları, yüksək depressiya və həyəcan riski müşahidə olunur.

 

Orta hesabla, ən işıqlandırılmış rayonlardan olan yeniyetmələr az işıqlandırılmış ərazilərdə yaşayan yaşıdlarına nisbətən 29 dəqiqə sonra yuxuya gedirlər və 11 dəqiqə daha az yatırlar. Süni işığın ən yüksək olduğu rayonlarda bipolyar pozuntunun inkişafı riski 19%, depressiya və həyəcan riski isə 7% daha çoxdur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır