Azərbaycanlı alim dünyada bir ilkə imza atdı
16.09.2020 09:49

Tanınmış cərrah, professor Vaqif Qələndərin süd vəzi rekonstruksiyası ilə bağlı Azərbaycan Tibb Universitetində apardığı işlər və müəllifi olduğu yeni metodika ABŞ-da qəbul olunub.

 

Aztibb.az xəbər verir ki, professor Vaqif Qələndər son 20 ildə süd vəzi rekonstruksiyası sahəsində olan elmi-praktiki fəaliyyəti və meyitlər üzərindəki işlərinin xəstələrə tətbiqinin nəticəsi ABŞ-da nəşr olunan beynəlxalq elmi jurnalda dərc olunduğunu qürurla bildirib.

 

Bu kəşf haqqında material “PRS Global Open” jurnalında 25 avqust 2020 tarixində çap edilib.

 

“Ötən illər ərzində IMAP fleb metodikasının üzərində işləyərək daha təkmil bir cərrahi texnika yaratmağa və əməliyyatın ilk üç örnəyini müvəffəqiyyətlə tətbiq etməyə nail oldum. Türkiyənin İstanbul şəhərinin Rekonstruktiv süd vəzi cərrahiyyəsi mırkəzinə dəvət etdilər orada bu əməliyyatı başarılı şəkildə həyata keçirdim. Bu üsulun süd vəzi Rekonstruksiyasında, xüsusilə seçilmiş hallarda - süd vəzinin orta və böyük ölçülərinin rekonstruksiyasında yeni bir era başladacağına əminəm”, - deyə, professor qeyd edib.

 

Qeyd edək ki, IMAP fleb metodikası mastektomiya əməliyyatından sonra süd vəzinin rekonstruksiyası üçün istifadə olunan yeni inqilabi metoddur. Bu zaman süd vəzinin sağlam hissəsi loskut əvəzi istifadə olunur. Professor Vaqif Qələndərin məqaləsində "Musculo-derma-glandular, Axii-perforator, Biprdicled Flap" adlandırılan yeni cərrahi yanaşma metodikası təqdim olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır