Elmi-Tədqiqat Kardiologiya İnstitutu və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə tədbir keçirilib
28.05.2022 07:26

Mayın 27-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzində akad. C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə elmi-praktiki konfrans keçirilib.

 

Cəlilabad və ətraf rayonlardan gələn kardioloqlar, terapevtlər, reanimatoloqlar, təcili tibbi yardım həkimlərinin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.


Konfransda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, t.e.d., professor Gülnaz Dadaşova və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov çıxış ediblər.


Tədbir professor Gülnaz Dadaşova, Dr. Elnur Azadxanov, t.ü.f.d.Təranə Cavadova və t.ü.f.d. Firuz İbrahimovun sədriliyi ilə keçirilib.

 

Təqdim olunan məruzələr böyük maraqla qarşılanıb və onlar ətrafında geniş müzakirələr aparılıb.

 

Daha sonra Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri üçün tibbi aksiya keçirilib. Aksiya zamanı 100-dən çox vətəndaş kardioloji, endokrinoloji, nevroloji və nefrolojı müayinələrdən keçib, EKQ, ExoKQ, USM, həmçinin qanda şəkərin təyini aparılıb, pasiyentlərə müəyyən tövsiyyələr verilib.

 

Müayinələrin nəticələrinə əsasən xəstələrə müvafiq müalicə təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndiriliblər.

 
Keçirilən tədbirin məqsədi cənub bölgəsində şəhid və qazi ailələrində ürək-damar xəstəliklərini vaxtında aşkar etmək və onların müayinə və müalicəsini təmin etməklə bərabər, bölgə həkimlərinin kardiologiyada olan son nailiyyətlər və yeniliklərlə tanış etmək olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır