Naxçıvanda beynəlxalq neonatoloji konfrans keçirilib  
08.05.2022 18:18

Naxçıvanda beynəlxalq neonatoloji konfrans keçirilir. 

Aztibb.az "NUHÇIXAN" İnformasiya Agentliyinə istinadən xəbər verir ki, mayın 6-da “Duzdağ” otelində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan "Neonatal diaqnozların xəstəlik tarixçələri üzərində müzakirəsi. Yaz hesabatı 1-ci modul" adlı ikigünlük beynəlxalq neonatoloji konfrans öz işinə başlayıb. 

 

Konfransın iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, dahi şəxsiyyətə ehtiramlarını bildiriblər.

 

Sonra qonaqlar Heydər Əliyev muzeyini ziyarət ediblər. Muzeyin fondunda ulu öndər Heydər Əliyevin mənalı həyat yolunu, zəngin və çoxşaxəli fəaliyyətini əks etdirən eksponatlar heyətdə böyük maraq doğurub.

 

“Duzdağ” otelində öz işinə başlayan beynəlxalq konfransın iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Şəlalə Həsənova bildirib ki, Naxçıvanda Türkiyə Neonatoloqlar Dərnəyi üzvləri və Azərbaycan neonatoloqlarının iştirakı ilə keçirilən tədbir “UPTODATE İN MEDİCİNE” və “Royal FOODS” şirkətlərinin birgə əməkdaşlığı ilə təşkil olunub. Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası və  Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunub.

 

Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva  qonaqları salamlayaraq bildirib ki, ulu öndər Heydər Əliyev ideyalarının davam etdirilməsi Naxçıvanda səhiyyənin hərtərəfli inkişafını təmin edib. Hazırda muxtar respublikanın ən ucqar dağ kəndlərində belə müasir tələblərə cavab verən həkim ambulatoriyaları, feldşer-mama məntəqələri fəaliyyət göstərir.

 

Nazir müavini konfransı Naxçıvan pediatrları üçün mühüm hadisə kimi qiymətləndirib, neonatologiya, cərrahiyyə, anesteziologiya, reanimasiya və intensiv terapiya sahələrində çalışan həkimlər, tədqiqatçıların belə konfranslarda fəal iştirakının vacibliyini vurğulayıb, konfransın tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə öz töhfəsini verəcəyinə, gələcək səmərəli fəaliyyət üçün stimul yaradacağına əminliyini bildirib.

 

Samrat Gəncəyeva beynəlxalq konfransın işinə uğurlar arzulayıb.

 

Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin baş həkimi Kəmalə Qurbanova, Ankara Universiteti Tibb fakültəsinin professoru Ömer Erdeve, Azərbaycan Respublikası Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, uşaq cərrahiyyəsi və uşaq urologiyası uzmanı Allahverdi Musayev, akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru, ümumi və laparoskopik cərrahiyyə uzmanı Azər İsmayılov, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Neonatal reanimasiya şöbəsinin müdiri, səhiyyə nazirliyinin eksperti Rüstəm Hüseynov çıxış ediblər.

 

Bildirilib ki,  pediatrik və neonatal xəstəliklərlə bağlı fikir, təcrübə və ideya mübadiləsi aparmaq məqsədi daşıyan konfransın Naxçıvanda keçirilməsi heç də təsadüfi deyil. Azərbaycanın bu qədim diyarında səhiyyənin inkişafı, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, ixtisaslı kadrların hazırlanması istiqamətində mühüm işlər görülür.

 

Sonra konfrans panellər üzrə öz işini davam etdirib. Ankara Universiteti, Ankara Yıldırım Beyazit Universiteti, Başakşehir Çam və Şakura Şəhər Xəstəxanası, Medera Hospitalı və Azərbaycan Tibb Universitetinin nümayəndələri neonatologiyanın aktual problemlərinə həsr olunan məruzələrlə çıxış edib, bilik və təcrübə mübadiləsi aparıblar. Xüsusilə yenidoğulanlarda çox rast gəlinən xəstəliklərin, klinik halların müasir müalicə üsulları barədə məlumat verilib, suallar cavablandırılıb.

 

Qeyd edək ki, konfrans mayın 7-də iki panel üzrə öz işini davam etdirib.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub