Qida Təhlükəsizliyi Agentliyində yerli şərab istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
21.04.2022 15:28

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) yerli şərab istehsalçıları və ixracatçıları ilə onlayn formatda görüş keçirilib.


Aztibb.az xəbər verir ki, görüşdə AQTA sədri Qoşqar Təhməzli ölkədə şərab istehsalı və ixracatı sahəsində görülən işlər, iqtisadiyyatın diversifikasiyası, o cümlədən qeyri-neft sektorunun inkişafında xüsusi yer tutan bu istiqamətə verilən dövlət dəstəyi və bununla bağlı həyata keçirilən tədbirlər - özəl sektorun gücləndirilməsi, rəqabətədavamlı qeyri-neft məhsullarının istehsalı, ixracatçılara yaradılmış əlverişli şərait barədə iştirakçılara məlumat verib. Həmçinin daxili istehlak bazarınin tələbatının ödənilməsi ilə yanaşı, şərab istehsalı sahəsində ixrac imkanları və potensialının artırılması, müəssisələrin fəaliyyətinin müsir texnologiyalar əsasında qurularaq daha da genişləndirilməsinin vacibliyi bildirilib. Təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarının ən müasir cihaz və avadanlıqlarla təchiz edildiyini diqqətə çatdıran Agentlik sədri şərab məhsullarının fiziki-kimyəvi və toksikoloji sınaqları, məhsulun keyfiyyətinə və təhlükəsizliyinə təsir edən amillər, orqanoleptik müayinə parametrlərinin düzgün şəkildə müəyyən edilməsinin vacibliyini vurğulayıb.

Daha sonra Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının nümayəndələri görülən işlər və bu sahənin inkişafına verdiyi dəstək üçün AQTA-ya təşəkkürlərini ifadə ediblər.


Görüşdə sahibkarları maraqlandıran məsələlər dinlənilib, milli şərab istehsalı sahəsinin inkişafına mane olan səbəblərin tamamilə aradan qaldırılması, o cümlədən, qanunsuz olaraq gizli sexlərdə saxta içki istehsalı istiqamətində görülən tədbirlərin davam etdirilməsinin əhəmiyyəti önə çəkilib.

Qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrlə davam etdirilən görüşdə verilən təklif və rəylərin nəzərə alınacağı bildirilib.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində 
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib