QHT-lər üçün birgə qrant müsabiqəsinə dair infosessiya keçirilib
13.08.2026 11:34

Səhiyyə Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən QHT-lər üçün birgə qrant müsabiqəsinə dair infosessiya keçirilib.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən xəbər verilib.

 

Bildirilib ki, infosessiyada Səhiyyə nazirinin müavini Nadir Zeynalov, QHT Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva və digər məsul şəxslər iştirak edib.

Toplantıda birgə qrant müsabiqəsinə dair suallar cavablandırılıb, ətraflı izahlar verilib.
İnfosessiyada 30-dan çox QHT iştirak edib.

Xatırladaq ki, müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2026-cı il avqustun 6-da başlanıb. Müraciət üçün son tarix 2026-cı il 26 avqustdur.

Sənəd qəbulu bitdikdən sonra təqdim olunan layihə təkliflərinin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək, qaliblər müəyyənləşdiriləcək və adları elan olunacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır