Azərbaycan jurnalistləri Daşkənddə Milli Uşaq Tibb Mərkəzində olublar
19.08.2026 11:56

Özbəkistana səfərdə olan azərbaycanlı jurnalistlər Daşkənddə yerləşən Milli Uşaq Tibb Mərkəzini ziyarət ediblər.

 

Aztibb.az Vesti.az-a istinadən xəbər verir ki, media nümayəndələri tibb müəssisəsinin fəaliyyəti, ixtisaslaşmış şöbələri, uşaqların diaqnostikası və müalicəsində tətbiq olunan yüksək texnologiyalı üsullarla tanış olublar.

280 çarpayılıq mərkəzdə 12 stasionar və 10 əlavə xidmət şöbəsi fəaliyyət göstərir. Burada kardiologiya və ürək cərrahiyyəsi, neyrocərrahiyyə, nevrologiya, uro-nefrologiya və digər istiqamətlər üzrə ixtisaslaşmış tibbi yardım göstərilir. Mərkəzdə müasir texnologiyalardan və minimal invaziv cərrahiyyə üsullarından istifadə olunur.

2024-cü ildə mərkəz Özbəkistanda beynəlxalq JCI akkreditasiyası alan ilk dövlət tibb müəssisəsi olub.

Səfər çərçivəsində jurnalistlərə Özbəkistanda səhiyyənin inkişafı və müasir tibbi infrastrukturun qurulması istiqamətində həyata keçirilən layihələr barədə də məlumat verilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama