Bio-Etika Komissiyasının növbəti iclası keçirilib
08.08.2026 14:26

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Bio-Etika Komissiyasının növbəti iclası keçirilib.

 

Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a verilən xəbərə görə, iclasda müəssisənin Ümumi cərrahiyyə şöbəsinin həkimi, t.e.d. Aynur Səfiyevanın Hospitalın bazasında klinik tədqiqat keçirilməsi ilə bağlı müraciətinə baxılıb.

 

Tədqiqat haqqında məlumat verən A.Səfiyeva bildirib ki, “Kolonoskopiya kolorektal poliplərin diaqnostika və müalicəsində əsas amil kimi” tədqiqatı retrospektiv olaraq beş il ərzində Mərkəzi Gömrük Hospitalında həyata keçirilmiş kolonoskopiya prosedurlarının nəticələrinin təhlilinə, kolorektal poliplərin aşkarlanması və müalicəsində kolonoskopiyanın diaqnostik və terapevtik əhəmiyyətinin qiymətləndirilməsinə həsr olunub.

 

İclasın gedişində A.Səfiyeva Komissiya üzvlərinin suallarını cavablandırıb. Bio-Etika Komissiyasının üzvləri müzakirə edilən tədqiqatın nəticələrinin kolonoskopiyanın dəqiq və hərtərəfli tətbiqinin əhəmiyyəti və kolorektal xərçəng riskini azaltması ilə bağlı mövcud bilikləri zənginləşdirəcəyini qeyd edərək, Mərkəzi Gömrük Hospitalı bazasında aparılacaq “Kolonoskopiya kolorektal poliplərin diaqnostika və müalicəsində əsas amil kimi” tədqiqatının etik standartlara cavab verdiyini təsdiq ediblər.

 

Daha sonra iclasda Hospital həkimlərinin elmi maraq sahələrinin və potensial klinik tədqiqat mövzularının müəyyən edilməsi, onların beynəlxalq elmi araşdırmalarda iştirakının təşviq edilməsi, xüsusilə də gənc həkimlərin və rezidentlərin elmi tədqiqatlara cəlb edilməsi ilə bağlı məsələlər ətraflı müzakirə olunub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır