Neftçalada tibbi aksiya: “Erkən müayinə can qurtarır!”
15.08.2026 11:42

Neftçala rayonunun Aşağı Qaramanlı kəndində PAŞA Holdinqin təşəbbüsü, ALL Medical MMC-nin təşkilatçılığı ilə fərqindəlik layihəsinin “Erkən müayinə can qurtarır!” aksiyası keçirilib.

 

Bu barədə Aztibb.az-a Neftçala RMX-dan məlumat verilib.

 

Bildirilib ki, aksiya çərçivəsində kənd sakinlərinə müxtəlif ixtisaslar üzrə ödənişsiz tibbi müayinə və həkim konsultasiyalar təqdim olunub. Ümumilikdə 189 nəfər müayinədən keçirilib.

 

Müayinə zamanı diabet aşkarlanan 7 nəfər, həmçinin 3 qazi ailəsi qanda şəkərin müntəzəm monitorinqi üçün qlükometrlə təmin edilib. İştirakçılara diabet, sağlam həyat tərzi və erkən diaqnostikanın əhəmiyyəti barədə maarifləndirici materiallar təqdim olunub.

 

Aksiyanın əsas məqsədi regionlarda əhalinin tibbi müayinələrə çıxışını artırmaq, xəstəliklərin erkən aşkarlanmasına və sağlam həyat tərzinin təşviqinə dəstək olmaqdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır