Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətinə həsr olunan tədbir keçirilib- Sumqayıt Tibb Mərkəzində
14.04.2022 11:23
Sumqayıt Tibb Mərkəzində Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətinə həsr olunan elmi-praktik konfrans keçirilib.
Tədbiri giriş nitqi ilə açan Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova bildirib ki, 11 aprel 2018-ci il xalqın öz Prezidentinə və iqtidarına inamını bir daha rəsmi şəkildə müəyyənləşdirdiyi tarixidir: “Məlum olduğu kimi, bu tarixdə xalqımız və dövlətimiz üçün çox əlamətdar hadisə baş verdi. Ölkəmizdə Prezident seçkiləri keçirildi və növbəti dəfə xalqımız dövlətimizin başçısı İlham Əliyevə yüksək etimad nümayiş etdirdi. Xalqımız öz layiqli seçimini edərək sabitliyin, dinamik inkişafın, uğurlu daxili və xarici siyasətin dəstəkləndiyini bir daha təsdiqlədi və Prezident İlham Əliyevin seçkidə inamlı qələbə qazanmasını təmin etdi. Azərbaycan xalqı bu dəfə də doğru və müdrik seçim etmiş, səsini ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yolu layiqli davam etdirən Azərbaycanı regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirən dünya səviyyəli siyasətçi İlham Əliyevə verib”.
Azərbaycanın böyük inkişaf yolu keçdiyini və bütün sahələrdə nailiyyətlər əldə edildiyini deyən Səkinə Sadıxova qeyd edib ki, 44 gün davam edən Vətən müharibəsində qazanılmış tarixi qələbədə həlledici amil ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevdir.
Direktor çıxışında səhiyyə sahəsinə göstərilən diqqət və qayğıdan da danışıb. O, əhaliyə göstərilən tibb xidmətinin yaxşılaşdırılması istiqamətində ölkədə mütərəqqi addımlardan biri olan İcbari Tibbi Sığortanın tətbiq edildiyini konfrans iştirakçılarının nəzərinə çatdırıb.
Daha sonra Sumqayıt Perinatal Mərkəzin baş həkimi Təranə Rəcəbli isə çıxışında sosial, iqtisadi, mədəni , eləcə də təhsil və səhiyyə sahələrində güclü inkişafın və tərəqqinin olduğundan bəhs edib. T.Rəcəbli bildirib ki, yürüdülən düzgün siyasət, səhiyyəyə ayrılan diqqət tibb işçilərinin sosial rifahını son illərdə yüksək səviyyəyə çatdırıb.
O, son illərdə COVID-19 pandemiyasının bütün inkişaf etmiş ölkələrin səhiyyə sistemlərini çökdürdüyü, Azərbaycanın isə bu pandemiyadan az itkilərlə çıxdığını vurğulayıb.
Tədbirdə çıxış edən 3 nömrəli Ailə Sağlamlıq Mərkəzinin baş həkimi Maisə İsmayılova Sumqayıt şəhərinin inkişafının Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanıldığını bildirib. M.İsmayılova İlham Əliyevin Prezidentliyi dövründə Sumqayıt şəhərinə 30 səfər etdiyini və bu səfərlərin hər birinin Sumqayıt şəhəri üçün əlamətdar hadisələrlə yadda qaldığını diqqətə çatdırıb.
Konfransda digər çıxış edənlər Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətinə toxunub, əldə edilən uğur və nailiyyətlərdən söz açıblar.
Bu bölməyə aid digər xəbərlər
Naxçıvanda “Baş ağrıları və dorsalgiyalar: müasir yanaşmalar” mövzusunda I Regional Konfrans keçirilib
29.09.2026 | 16:24
ATU və AzPA-nın birgə təşkilatçılığı ilə Qarabağ Universitetində ilk irimiqyaslı elmi-tibbi konqres keçirilib
16.06.2026 | 13:46
Naxçıvanda “Ağciyər xəstəliklərinin diaqnostikası və müalicəsinə müasir yanaşma” mövzusunda konfrans keçirilib
02.06.2026 | 12:21
Bakı və Xankəndi şəhərlərində tibbin müxtəlif sahələrini əhatə edən regional konqreslər keçirilib
12.05.2026 | 16:28
Şamaxıda minimal invaziv cərrahiyyəyə həsr olunan 12-ci regional konfrans keçirilib
21.04.2026 | 16:21
Hepatit virusları ilə bağlı maarifləndirmə və profilaktik tədbirlərin təşviqi məqsədilə Şahbuz RMX-da görüş keçirilib
24.07.2025 | 11:34
Mingəçevir ŞMX-da Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib
22.07.2025 | 14:57
Bərdə rayonunda Milli Məclisin Səhiyyə komitəsinin səyyar iclası keçirilib
19.06.2025 | 16:06
Naxçıvanda cərrahi xəstəliklərin diaqnostikasına dair konfrans keçirilib
13.04.2025 | 17:14
Naxçıvanda “Tibb tələbələri və gənc tədqiqatçıların respublika konfransı” keçirilir
22.05.2024 | 17:18
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

