USAID Azərbaycanda səhiyyə tədbirləri üçün 4 milyon dollardan çox vəsait ayırıb
10.09.2020 14:09

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) pandemiyaya reaksiyası çərçivəsində Azərbaycanda 3 layihə reallaşdırılır.

 

Aztibb.az xəbər verir ki, bu barədə USAID-in Azərbaycandakı nümayəndəliyindən bildiriblər.

 

Qeyd olunub ki, hazırda USAID Azərbaycanda COVID-19 pandemiyasına qarşı sağlamlaşdırıcı və iqtisadi tədbirlər üçün 4 milyon dollardan çox vəsait ayırıb. Bu vəsait həssas kateqoriyaya daxil olan 7 mindən çox şəxsin ərzaq və gigiyena vasitələri ilə təmin olunmasına, eləcə də insanların koronavirusun yayılmasının qarşısının alınması üçün hansı addımların atılması barədə məlumatlandırılmasına yönəldilib.

 

Bundan başqa, Azərbaycanda daha bir neçə layihə reallaşdırılır. Bu layihələrdən biri Dayanıqlılıq naminə ictimai fəaliyyət layihəsidir. Bu layihədə gənclərə və qadınlara xüsusi diqqət ayrılır. Layihə çərçivəsində USAID və BMT ölkədə həssas kateqoriyaya daxil olan 200-ə yaxın gəncə kompüter bilikləri, ingilis dili, mühasibat uçotu, maliyyə və biznesin idarə olunması üzrə məşğələlər keçib. Həmçinin, 750 nəfərin iştirak etdiyi üç əmək yarmarkası keçirilib.

 

Qeyd edək ki, USAID 1991-ci ildən Azərbaycana səhiyyə sahəsinə dəstək üçün humanitar yardım qismində, eləcə də iqtisadi və demokratik islahatlar üçün ümumilikdə 377 milyon dollardan çox vəsait ayırıb.

ÇOX OXUNANLAR
50 yaşlı pasiyentdən çəkisi 6 kiloqramdan artıq olan nəhəng mioma cərrahi yolla xaric edilib
 Şərur rayonunun Kərimbəyli kəndində tibbi aksiya: 98 nəfər müayinə olunub   
Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu əməliyyat
 Yeni Klinikanın invaziv kardioloqu beynəlxalq konqresdə həmsədr olub   
 TƏBİB və ABADD arasında Əməkdaşlıq Memorandumu imzalanıb   
Sumqayıt Tibb Mərkəzində maarifləndirici təlim: “Məişət zorakılığına qarşı birlikdə” 
 Şirvan Şəhər Mərkəzi Xəstəxanasında daha bir lor əməliyyatı uğurla icra olunub   
90 yaşlı alimlə MÜSAHİBƏ
 Suraxanı Tibb Mərkəzində “Bronxial astma tutmalarının idarəedilməsi” mövzusunda təlim keçirilib   
 Sabirabad RMX-da “Etik davranış qaydaları və xidmət mədəniyyəti” mövzusunda maarifləndirici təlim keçirilib    
İsmayıllı RMX-nın iki əməkdaşı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib
 Daun sindromlu azyaşlı həkimlərin operativ müdaxiləsi sayəsində həyata qaytarılıb   
Sümük iliyi transplantasiyası bir sıra genetik və onkohematoloji xəstəliklərin müalicəsində tətbiq olunur
 Mərkəzi Klinikanın ümumi cərrahı Böyük Britaniyada beynəlxalq konqresdə çıxış edib