Sentyabr ayında bağ sahələrində məhsul yığımı zamanı görülən ağır fiziki işlər bel zədələri, sinir sıxılması və kəskin bel ağrılarına səbəb ola bilər.
Aztibb.az xəbər verir ki, rusiyalı nevroloq Qalina Çudinskayanın sözlərinə görə, ən böyük risk əyilərək eyni vaxtda dönmək, yükü uzadılmış qollarla qaldırmaq və beli bükülü vəziyyətdə torpaq qazmaqdır.
Həkim beli düz saxlamağı, boya uyğun bel seçməyi və əyilmək əvəzinə dizləri bükərək çömbəlməyi tövsiyə edir. Ağır əşyalar qaldırılarkən yük əsasən ayaq əzələlərinin hesabına qaldırılmalı, yük bədənə yaxın tutulmalı və əllərdə yük olarkən gövdəni çevirməkdən çəkinmək lazımdır.
Çudinskaya həmçinin hər 20 dəqiqədən bir fəaliyyət növünü dəyişməyi və uzun müddət eyni vəziyyətdə işləməməyi məsləhət görür.

