Uşaqlarda göz qaşıma vərdişi ciddi problemlərə səbəb ola bilər
17.08.2026 20:51

Yay aylarında uşaqlarda göz qaşınması, qızartı, sulanma və yanma kimi şikayətlərə daha çox rast gəlinir. Mütəxəssislər xüsusilə gözlərin davamlı qaşınmasının korneaya zərər verə biləcəyini bildirirlər.

Aztibb.az xəbər verir ki, göz xəstəlikləri üzrə mütəxəssis Op. Dr. Alpaslan Koç uşaqlarda gözlərin davamlı ovuşdurulmasının astiqmatla yanaşı, korneanın nazilməsi və keratokonus kimi ciddi problemlərə yol aça biləcəyini bildirib. Ağır hallarda xəstəlik kornea transplantasiyasına qədər irəliləyə bilər.

Mütəxəssisin sözlərinə görə, yay aylarında göz allergiyaları uşaqlarda daha çox müşahidə olunur. Qızartı, qaşınma, sulanma, batma, yanma və günəş işığında gözləri açmaqda çətinlik əsas əlamətlər sırasındadır.

Uşaqların gözlərini günəşdən qorumaq üçün gün eynəyindən istifadə etməsi tövsiyə olunur. Eynəklərin CE sertifikatına və UV400 filtrinə malik olması, etibarlı optik mağazalardan alınması vacibdir. Sertifikatsız və keyfiyyəti məlum olmayan tünd şüşəli eynəklər isə gözlər üçün faydadan çox zərər verə bilər. Şapka istifadəsi də əlavə qoruma təmin edir.

Dr. Koç uşağın gözlərini tez-tez qaşıması halında oftalmoloji müayinədən keçirilməsinin vacibliyini vurğulayıb. Allergiya zamanı həkim nəzarəti ilə antihistaminik damcılardan istifadə edilə bilər. Valideynlərin kortizon tərkibli göz damcılarını özbaşına tətbiq etməsi isə tövsiyə olunmur.

Mütəxəssis uşaqların göz qaşınmasının səbəbinin mütləq müəyyənləşdirilməli olduğunu bildirib. Ev şəraitində uşağın əllərinin və göz ətrafının sərin su ilə yuyulması allergiya əlamətlərinin yüngülləşməsinə kömək edə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır