Xroniki yorğunluq və artıq çəkinin arxasında nə dayanır: Kortizol yüksəkliyi haqqında bilməli olanlar
26.08.2026 16:39

Daimi yorğunluq, kilo alımı, dəri dəyişiklikləri və ya menstruasiya pozğunluğu kimi şikayətlərlə həkimə müraciət edən xəstələrin bir qismində "kortizol yüksəkliyi" (hiperkortizolizm) araşdırılır. Bu əlamətlər sıxlıqla "stres hormonu yüksəldi" şəklində sadələşdirilsə də, klinik mənada əsl hormonal pozğunluq olan Cushing sindromunun xəbərçisi ola bilər.

Aztibb.az xəbər verir ki, Amerikan Endokrin Cəmiyyətinin (Endocrine Society) təlimatlarına əsasən, hiperkortizolizm zamanı geniş klinik əlamətlər spektrləri müşahidə edilir və xəstəlik irəlilədikcə yeni əlamətlərin yaranması riskini artırır.

Kortizol yüksəkliyinin əlamətləri insandan insana dəyişir və adətən yavaş-yavaş irəliləyir. Ən sıx rast gəlinən əlamətlər arasında gövdə bölgəsində kilo alımı, üzdə yuvarlaqlıq ("ay siması"), ensədə yağ yığılması, dəridə nazilmə, asan göyərmə, moruğu rəngli çatlar, əzələ zəifliyi, yüksək təzyiq, qan şəkərinin yüksəlməsi, menstruasiya pozğunluqları, depressiya və yuxu pozğunluqları yer alır. Obezite, depressiya və diabet ümumi populyasiyada da tez-tez görüldüyü üçün diaqnoz qoyulmasını çətinləşdirir.

Diaqnostika prosesində həkimlər əvvəlcə xəstənin dərman tarixçəsini araşdırırlar, çünki tərkibində kortikosteroid olan preparatlar oxşar tabloy səbəb ola bilər. Ardından yüksək həssaslığa malik dörd əsas testdən biri ilə tarama həyata keçirilir. Tək bir təsadüfi kortizol testi diaqnoz üçün kifayət deyil, çünki hormon səviyyələri daimi olaraq dalğalanır.

Kortizol yüksəkliyi şübhəsi adətən təcili vəziyyət deyil və planlı dəyərləndirmə tələb edir. Lakin ani və şiddətli qarın ağrısı, ciddi infeksiya əlamətləri və ya nəzarət olunmayan yüksək qan şəkəri kimi kəskin hallar zamanı təcili tibbi yardım tələb oluna bilər.

ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Ağsu Rayon Mərkəzi Xəstəxanasında qanvermə AKSİYASI
Suraxanı Tibb Mərkəzində “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
 BBSM-da sığorta sahəsində işin təşkili və məsul şəxslərin vəzifələri ilə bağlı təlim keçirilib