47 müraciət, 20 namizəd: ATU-da əcnəbilər üçün rezidentura və magistratura nəticələri  
25.09.2026 14:32

Azərbaycan Tibb Universitetinin (ATU) əcnəbi və vətəndaşlığı olmayan şəxslərin rezidentura və magistratura təhsil səviyyələrinə qəbulu üzrə müvafiq Komissiyası tərəfindən 2026/2027-ci tədris ili üçün qəbul prosesi çərçivəsində Azərbaycan dili imtahanı və müsahibə mərhələsi keçirilib. 

 

Bu barədə Aztibb.az-a ATU-dan xəbər verilib.

 

Bildirilib ki, prosedura uyğun olaraq, 18 sentyabr 2026-cı il tarixində Azərbaycan dili imtahanı, 23 və 24 sentyabr tarixlərində isə müsahibə mərhələsi təşkil olunub. 

 

2026/2027-ci tədris ili üzrə qəbul üçün ümumilikdə 47 nəfər müraciət edib. Təqdim olunan sənədlərin yoxlanılması nəticəsində 36 namizədin müraciəti qəbul edilib, onlardan 31 nəfər müsahibə mərhələsinə buraxılıb. Müsahibəyə buraxılan namizədlərdən 29 nəfər mərhələdə iştirak edib. 

 

Keçirilmiş müsahibənin nəticələrinə əsasən, 20 nəfərin Azərbaycan Tibb Universitetinə qəbul olunması barədə qərar qəbul edilib. Qəbul olunan namizədlər arasında 1 nəfər magistratura təhsil səviyyəsi üzrə yer alıb. 

 

Beləliklə, 2026/2027-ci tədris ili üzrə əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Tibb Universitetinin rezidentura və magistratura təhsil səviyyələrinə qəbul prosesi növbəti mərhələ ilə uğurla yekunlaşıb.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda doktoranturaya qəbul üzrə imtahan keçirilib
Tədris Cərrahiyyə Klinikasında yeni doğulmuş körpə üzərində mürəkkəb əməliyyat icra olunub
Bakı Sağlamlıq Mərkəzinin əməkdaşı ÜST-nin səhiyyə işçi qüvvəsinin dayanıqlılığına həsr olunmuş konfransında iştirak edir
Sumqayıt Tibb Mərkəzində maarifləndirici təlim: “Məişət zorakılığına qarşı birlikdə” 
ATU tələbələri üçün ödənişsiz müayinə aksiyası təşkil olunacaq  
50 yaşlı pasiyentdən çəkisi 6 kiloqramdan artıq olan nəhəng mioma cərrahi yolla xaric edilib
 Yeni Klinikanın invaziv kardioloqu beynəlxalq konqresdə həmsədr olub   
 TƏBİB və ABADD arasında Əməkdaşlıq Memorandumu imzalanıb   
Elmi fəaliyyətə dair hesabatların elektronlaşması üzrə təlim