Koronavirusun müalicəsində yeni metod: QAN TƏMİZLƏNMƏSİ
10.09.2020 10:22

Alimlər yeni növ koronavirus (COVID-19) xəstələrinin qanının süngər rolunu oynayan kiçik şarlarla doldurulmuş filtr vasitəsilə təmizlənə biləcəyini açıqlayıblar. ABŞ-da istehsal olunan və hazırda sepsis xəstələri üçün istifadə olunan "CytoSorb" adlı cihaz xəstələrin qanını təmizləyir və sitokinlər adlanan zəhərli birləşmələri aradan qaldırır.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir ki, "Sitokin fırtınası"nın səbəb olduğu ağciyər iltihabı, koronavirus xəstələrinin ölümündə ən əhəmiyyətli faktor olaraq qəbul edilir.

 

Cihazın COVID-19-a qarşı effektivliyini qiymətləndirmək üçün hazırda sınaqlar aparılır və bu günə qədər 30 ölkədə 200-dən çox xəstə bu cihaz vasitəsilə müalicə edilib. Reading Universitetinin mikrobiologiya üzrə professoru Simon Klark bildirib ki, qan filtrləri kimi texnologiyalar, xəstədə kifayət qədər tez istifadə edildiyi təqdirdə çox faydalı ola bilər.

 

"Sitokin reaksiyası olan xəstələr üçün zaman vacibdir. Filtrləmə sağalmağa zəmanət vermir, lakin xəstəyə nə qədər tez tətbiq olunarsa, nəticə bir o qədər yaxşı olar", - deyə alim bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır