İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Şirvanda vətəndaşları qəbul edib  
14.03.2022 22:00

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev martın 14-də Şirvan Müalicə Diaqnostika Mərkəzində Şirvan şəhər və Hacıqabul rayon sakinlərini qəbul edib.

 

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən Aztibb.az-a verilən məlumata görə, qəbula gələn vətəndaşların müraciətləri əsasən əlillik məsələləri, iş və əmək münasibətləri, müharibə veteranı adının verilməsi, müayinə-müalicə, icbari tibbi sığorta çərçivəsində ixtisaslaşdırılmış tibb müəssisələrinə göndəriş vərəqələrinin verilməsi ilə bağlı olub. Vətəndaşların müraciətləri diqqətlə dinlənilib və bir çox məsələlərlə bağlı edilən müraciətlər yerində həll olunub.

 

Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə agentliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə və Şirvan Şəhər və Hacıqabul Rayon Mərkəzi xəstəxanalarının rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

 

Qəbulda vətəndaşlar tərəfindən verilmiş təkliflərin agentliyin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan dövlət tibb müəssisələrinin fəaliyyətində nəzərə alınacağı diqqətə çatdırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır