Stres ürəyi zəiflədir! - Uzman həkimdən XƏBƏRDARLIQ
11.03.2022 12:23
Müasir insanın həyatının ayrılmaz hissəsinə çevrilən əsəb, gərginlik və stres ürək xəstəliklərinin yaranma səbəblərindən biridir.
 
Aztibb.az xəbər verir ki, ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyevin sözlərinə görə,  stres beyində amiqdala adlanan hissənin yüksək aktivliyi nəticəsində ortaya çıxır ki, bu da ürək xəstəlikləri və insult riskini artırır:
 
"Kişilər stresə daha meylli olurlar, siqaret çəkən kişilərdə testosteron hormonu çoxalır, bu da ürək və damar sisteminə ziyandır. Qadınlarda isə bu hormon əksinə, qan-damar xəstəliklərinin qarşısını alır. Qadınlarda klimaks dövründə estrogen hormonu azaldıqca ürək xəstəlikləri baş qaldırır".
 
Həkim əlavə edib ki, ürəyin sağlamlığını qorumaq istəyən insan özünü stresdən, həyəcandan qorumalıdır. Fiziki aktivlik stresin ürəyə olan təsirini azaldır. Kifayət qədər yuxu və istirahət ürək sağlamlığı üçün çox vacibdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub