Ultrabənövşəyi şüalar vasitəsilə koronavirusu məhv edən robot hazırlanıb
09.09.2020 16:30

Yaponiyalı tədqiqatçılar güclü ultrabənövşəyi şüalar vasitəsilə koronavirusu məhv edən robot hazırladıqlarını bəyan ediblər.

 

Aztibb.az www.asahi.com-a istinadla xəbər verir ki, robot Tokionun İtabaşi rayonunda yerləşən şirkətin və “Nihon” Universiteti yanında fəaliyyət göstərən xəstəxananın əməkdaşları tərəfindən hazırlanıb.

 

Qurğunun güclü ultrabənövşəyi şüalar buraxan lampalarla təchiz edildiyi bildirilir. Həmin lampalar vasitəsilə ultrabənövşəyi şüalar buraxan robot müstəqil şəkildə hərəkət edərək, divarda və döşəmədə yerləşən virusları məhv edir.

 

Robotu hazırlayan tədqiqatçılar qrupunun rəhbəri Aida Yoko bildirib ki, keçirilən sınaqlar zamanı özündən ultrabənövşəyi şüalar buraxan robot otaqdakı virusları müəyyən vaxt ərzində məhv edərək, onların miqdarını heçə endirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır