Məxmərək: Səbəbləri, müalicəsi və profilaktikası
01.03.2022 16:07

Məxmərək qızılcaya bənzər səpgilərlə yuxarı tənəffüs yolları tərəfindən zəif kataral təzahürlərlə və periferik limfatik düyünlərin böyüməsi (əsasən limfa düyünlərin) ilə xarakterizə olunan kəskin infeksiyon xəstəlikdir.

 

Səbəbləri:


Törədicisi RNT tərkibli viruslara aiddir. Məxmərək antroponoz infeksiyadır ,onun əsas mənbəyi qazanılmış və ya anadangəlmə məxmərək ilə xəstə insan və ya virus daşıyıcısıdır. Məxmərək virusunun ötürülmə mexanizmi hava-damcı yoludur. Məxmərək insanların uzun müddətli və sıx ünsiyyətli olduğu yerlərdə asanlıqla yayılır.

 

Klinikası:


Gizli dövrü bir neçə saatdan 1-2 günə qədər davam edir və zəif intoksikasiya əlamətləri ilə (bədən temperaturunun subfebril olması, süstlük, yorğuluq, əzginlik və bəzən yuxuluq) təzahür edir. Bu zaman yüngül karatal əlamətlərə aiddir: zökəm,boğazın qıcıqlanması ,quru öskürək, boyunun arxa və ənsə limfa düyünlərinin şişkinliyi.

 

Səpgi dövrü 3-4 gün çəkir. Səpgilər əsasən kiçik ləkəli, açıq çəhrayı rəngli, çoxlu miqdarda və demək olar ki, eyni ölçülü olurlar. Bu ləkələr eyni zamanda əmələ gəlir və bir sutka ərzində insanın üz, döş, qarın və aşağı ətraflarına yayılır.

 

Müalicəsi:

Adi gedişli məxmərək ev şəraitində müalicə olunur. Bu xəstələrə vitaminlər, 3-4 gün ərzində yataq rejimi, KRVİ ilə ağırlaşma olduqda simptomatik müalicə ,streptokokkla ağırlaşma olduqda antibiotiklər təyin olunur.

 

Profilaktikası:


5 gün ərzində xəstə uşaq təcrid olunur, kontakta olan uşaqlar isə 21 gün uşaq müəssisələrinə buraxılmamalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub