Narkomaniya və erkən nikahın fəsadları ilə bağlı tədbir keçirilib - Masallıda
18.02.2022 14:07

Masallı Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Ərkivan 2 nömrəli tam orta məktəbində “Narkomaniyaya yox deyək”, “Erkən nikahlar”, “Dini radikalizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.

 

Aztibb.az xəbər verir ki, tədbir iştirakçıları Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib, narkotik vasitələrin, erkən nikahların səbəb olduğu fəsadlar və acı təsirləri barədə videoçarxı izləyiblər.

 

Maarifləndirici tədbirdə çıxış edən Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azay Ağayev narkomaniyaya qarşı aparılan mübarizə tədbirləri, əldə olunan nəticələr barədə məlumat verərək, bu istiqamətdə maarifləndirmə işinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

 

Müzakirələrdə çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, DQİDK-in Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov və başqaları narkomaniyanın, dini radikalizmin fəsadlarından söz açıb, erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğunu diqqətə çatdırıblar.

 

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır