Heyvan zülallarının bitkilərlə əvəzlənməsi insan ömrünü uzadır
16.07.2020 10:28

Alimlər bunu bitki məhsullarında antioksidantlar və liflərin daha çox olması, heyvan məhsullarında isə zərərli piy və xolesterinin olması ilə əlaqələndirirlər.

 

Bitki zülallarının istifadəsi insanların ömrünü uzada bilər. Bunun üçün qida rasionuna heyvan zülalları ilə zəngin yeməklər əlavə etmək əvəzinə, bitki mənşəli zülallar istifadə etmək lazımdır. Bu barədə “JAMA Internal Medicine”də dərc edilmiş tədqiqat işində bildirilir.

 

Aztibb.az saytı medportal.ru resursuna istinadla məlumat verir ki, alimlər insan ömrünün uzunluğunda zülalların qəbulunun rolunu öyrənmək üçün yaşı 50-71 arasında olan təxminən 400 insanın  məlumatlarını analiz ediblər.

 

Tədqiqatın iştirakçıları özlərinin 16 il ərzindəki rasionları haqqında təfərrüatı ilə hesabat veriblər. Alimlər iştirakçıların istifadə etdikləri zülalların müxtəlif növlərinin miqdarını nəzərə alaraq onların ömrünün uzunluğunu hesablayıb.

 

Araşdırma müəlliflərinin hesablamalarına əsasən, rasionda heyvan zülalının 3%-nin bitki ilə əvəzlənməsi ölüm riskini 10% aşağı salır. Hər 1000 kaloridə heyvan əvəzinə 10 qram bitki zülalı qəbul etmək ölüm riskinin qadınlarda 14%, kişilərdə isə 12% azalmasına gətirib çıxarır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır