Azərbaycan Kardiologiya Cəmiyyətinin İşçi qrupunun rəhbəri dəyirmi masada iştirak edib
10.02.2022 10:26

Avropa Kardiologiya Cəmiyyətinin Avropa Preventiv Kardiologiya Assosiasiyası (APKA) tərəfondən “2021 ÜDX-nin profilaktikasına dair tövsiyələr, elmi rəhbərliklərdən klinik təcrübəyə” adlı onlayn formatda dəyirmi masa keçirilib.

 

Avropa İttifaqı və MDB-nin 20-dən artıq ölkəsinin nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizi Azərbaycan Kardiologiya Cəmiyyətinin Kardiovaskulyar profilaktika və reabilitasiya İşçi qrupunun rəhbəri, dosent Rəhimə Qabulova təmsil edib.

O, ölkəmizin ürək-damar xəstəliklərinin yüksək risk bölgələri sırasında olduğunu və  bu səbəbdən də birincili profilaktika tədbirlərinin vacibliyini vurğulayıb. R.Qabulova, həmçinin “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya“nın icrası ilə bağlı ölkəmizdə görülən işlər barədə məlumat verib. Bildirib ki, bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da son illər səhiyyə sisteminin əsas diqqəti COVID-19 pandemiyasına yönəldiyindən, AKC-nin ürək-damar xəstəliklərinin profilaktikasına dair planlaşdırdığı bir çox tədbirlər təxirə salınmışdır.

Hazırda Azərbaycanda ÜDX-nin ikincili profilaktikasının monitorinqinə dair aparılan beynəlxalq SURF tədqiqatı barədə danışan R.Qabulova, müxtəlif bölgələrdə klinik tövsiyələrə əməl olunma səviyyəsinin öyrənildiyini qeyd edib. O, ilkin nəticələrin artıq yerli konfrans və seminarlarda təqdim olunduğunu və ürək-damar xəstəliklərinin profilaktikasına dair vacib məqamların kardioloqların diqqətinə çatdırıldığı bildirilib.

R.Qabulova Azərbaycan Kardiologiya Cəmiyyəti tərəfindən bölgələrdəki kardioloqlar, xüsusilə də ilkin səhiyyə xidmətində çalışan həkimlər üçün broşurların hazırlanmasını, seminarların keçirilməsinin planlaşdırıldığını qeyd edib, həmçinin sağlam həyat tərzi, risk amilləri ilə mübarizə haqda məlumatın kütləvi informasiya vasitələrində geniş işıqlandırılmasının vacibliyini vurğulayıb.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
İmişli Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib