İmişli Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib
14.08.2026 16:41

"Milli Hematologiya və Transfuziologiya Mərkəzi” publik hüquqi şəxsin dəstəyi ilə İmişli Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, aksiyada İmişi Rayon İcra Hakiçiyyətinin əməkdaşları, hüquq mühafizə orqanları əməkdaşları, hərbiçilər, idarə, müəssisə, təşkilatların kollektivləri və sakinlər iştirak ediblər.

 

Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara köməklik edilməsi məqsədilə keçirilən tədbirdə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Tibbi personalın yoxlamasından sonra tam sağlam olan vətəndaşlardan qan götürülüb.

 

Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaqdır.

Aksiyada iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkənlər üçün könüllü qan verməyin xeyirxah və savab iş, belə aksiyalarda yaxından iştirak etməyin isə vətəndaşlıq borcu olduğunu qeyd ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev