Yosun qalıqlarından tibbi preparatların hazırlanmasında istifadə oluna bilər
08.09.2020 10:45

Sapvarı yaşıl “Cladophora” yosunundan akvariumların bəzədilməsində tez-tez istifadə edilir. Ümumiyyətlə, kladoforlar təbiətdə ən geniş yayılmış yosunlardan biridir. Onlar həm şirin, həm də ən duzlu sularda yaşayır. Suda qida elementlərinin (azot və fosfor) konsentrasiyası kəskin artanda sapvarı yaşıl yosunlar onları udur və tez böyüməyə başlayaraq böyük biokütlə yaradır. Bu yosunların mühüm hissəsini dalğalar sahilə atır. Həmin ərazilərdə müxtəlif, o cümlədən xəstəliktörədən mikroorqanizmlər yaranır. Suda isə oksigenin miqdarı azalır, hidrogen-sulfidin və digər zəhərli maddələrin miqdarı artır. Oksigenin konsentrasiyasına həssas olan canlılar, məsələn, balıqlar məhv olur. Əgər bütün bunlar şirin sularda baş verirsə, onu içmək olmaz.

 

Adətən yosun qalıqları təhlükəli tullantı hesab olunur. Lakin Rusiya Elmlər Akademiyası A.Kovalevski adına Cənub Dənizlərinin Biologiyası İnstitutunun əməkdaşları yosun qalıqlarından fayda əldə etməyin mümkünlüyü qənaətinə gəliblər. Onlar “Reviews on Aquaculture” nəşrində dərc etdirdikləri məqalədə həm özlərinin əldə etdikləri, həm də yüzlərlə digər elmi işlər əsasında kladofor yosunlarının kimyəvi quruluşunu təhlil ediblər.

 

Aztibb.az bu barədə "Наука и жизнь" saytına istinadla məlumat verir.

 

Yosunlar da digər bitkilər kimi yağ turşuları, asetogenlər, fenol birləşmələri, polisaxaridlər, terpenlər, alkaloidlər və digər müxtəlif piqmentlər sintez edir. Onlarda karbohidratların miqdarı yüksəkdir. Yağ turşuları müxtəlif hüceyrədaxili proseslərin tənzimləyicisi, fenol birləşmələri isə antioksidant və antikanserogen kimi məşhurdur. Başlıcası isə odur ki, bütün bunlar yosunlarda lap çoxdur.

 

Alimlər müəyyən ediblər ki, kladoforda üzvi maddələrin ümumi miqdarı 61 faizə çatır. Ona görə də yosunlardan tibbi və kosmetik preparatların hazırlanmasında istifadə etmək olar. Bundan başqa, ev heyvanlarının, balıq və krevetlərin qidalarına əlavə edilə, eləcə də qida sənayesində əlavə kimi istifadə edilə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır