Uşaqların nitq duyumunda beyinin hər iki yarımkürəsi iştirak edir
08.09.2020 10:29

Nitq duyumu zamanı beyin fəallığının müşahidə edilməsi göstərib ki, böyüklərdən fərqli olaraq uşaqlarda və yeniyetmələrdə hər iki yarımkürə iştirak edir. Tədqiqatın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc edilib.

Aztibb.az tass.ru informasiya agentliyinə istinadla xəbər verir ki, tədqiqatın müəlliflərindən biri - Vaşinqtonda Corctaun Universitetinin professoru Elissa Nyuportun sözlərinə görə, bu kəşf beyin travması keçirmiş uşaqlar üçün müsbət yenilikdir. Beyinin hər iki yarımkürəsindən istifadə etməyin mümkünlüyü nəticəsində onlarda itirilmiş funksiya kompensasiya oluna bilər. Məsələn, əgər körpə dünyaya gələndən dərhal sonra beyinin sol yarısında insult keçiribsə, onda nitqin tanınmasında sağ yarımkürə iştirak edəcək.

Ənənəvi olaraq hesab edilir ki, beyinin sol və sağ yarımkürələri müxtəlif vəzifələrin yerinə yetirilməsində ixtisaslaşıb. Sağ yarımkürə riyaziyyata və məntiqi təfəkkürə, sol yarımkürə şifahi və yazılı nitqə, yaradıcı qabiliyyətə cavabdehdir. Bu ideyalar beyinin müxtəlif nahiyələrinin zədələnməsinin onun fəaliyyətinə necə təsir etdiyinə dair aparılan eksperiment və müşahidələrlə təsdiqlənir. 


Elissa Nyuport və onun həmkarlarının fikrincə, müəyyən vəziyyətlərdə beyin yarımkürələri bir-birinin funksiyalarını yerinə yetirə bilər.

Tədqiqatçılar həm yaşlı könüllülərdə, həm də 12-13 yaşlı yeniyetmələrdə və 4-11 yaş arasında uşaqlarda beyinin fəaliyyətini müqayisə ediblər. Alimlər uşaqlarda və böyüklərdə müxtəlif audioyazıların dinlənilməsi zamanı yarımkürələrin hansı nahiyələrinin fəallaşmasını funksional maqnit-rezonans tomoqrafiya vasitəsilə müşahidə ediblər. Audioyazıların bəzisi heyvanı təsvir edən qısa cümlələrdən, bir qismi həmin yazının sondan əvvələ səsləndirilməsindən, yerdə qalanı isə mənasız səslərdən ibarət olub.

Bütün bunları dinləyən könüllülər heyvanın təsviri reallıqla uzlaşdığı halda düyməni basmalı idilər. Bu zaman alimlər beyinin hər yarımkürəsində fəallığın şəklinin dəyişməsini izləməklə, onun nitqin tanınmasında oynadığı rolu anlamağa çalışıblar.

Nəticələr göstərib ki, ən balaca uşaqlarda sol yarımkürə nitq səslərinə daha tez reaksiya göstərib. Eyni zamanda, sağ yarımkürə nitq səslərinin tanınmasında fəal iştirak edib. Özü də bu vəzifənin yerinə yeridilməsində yaşı az olan təcrübə iştirakçılarında hər iki yarımkürənin fəallığı daha çox qeydə alınıb. On səkkiz yaşında və daha böyüklərdə bu proses müşahidə edilməyib, yəni nitqin tanınması üçün beyinin yalnız sol yarımkürəsi fəal olub.

Professor Elissa Nyuportun fikrincə, uşaq beyinində müvafiq “ikili” xarakter bu fikri söyləməyə əsas verir ki, doğularkən və ya həyatının ilk aylarında beyinin sağ və ya sol yarımkürəsi zədələnmiş uşaqlar danışmaq və ya düşünmək bacarığından məhrum olmurlar.

Alimlər yaxın gələcəkdə uşaq vaxtı müvafiq beyin zədəsi almış yaşlıların və yeniyetmələrin beyin fəaliyyətini izləməklə bu nəzəriyyəni yoxlamağı planlaşdırırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır