Telman Aytayev: “İnfluenza virusundan qorunmaq üçün ona qarşı vaksin olunmaq vacibdir”
13.01.2022 14:17
Son zamanlar uşaqlar arasında virusla xəstələnmələrin sayı artıb. Xüsusən də məktəbyaşlılar arasında xəstələnmə halları daha çox müşahidə olunur. Yayılan virus sosial şəbəkə istifadəçilərinin hesab etdiyi kimi, H1N1 (influenza) virusudurmu və bununla necə mübarizə aparmaq olar?
 
Aztibb.az-ın məlumatına görə, Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin rəisi, uzman pediatr Telman Aytayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda uşaqlar arasında yayılan influenza A (H1N1) virusudur. Bu virus hər il pandemik vəziyyət yaradır. Belə xəstələrdə infeksiyanın olması təbii haldır. 3-5 gün qızdırma olur, ondan sonra xəstəlik öskürəklə davam edir.
 
T.Aytayev bildirib ki, bu xəstəlik xüsusən balaca uşaqlar və yaşlılar üçün təhlükə, risk yaradır: "Xüsusən də yaşı beşdən aşağı olan körpələr, 60-dan yuxarı olan yaşlılar və xroniki xəstəlikləri olanlar risk qruplarıdır. İnfluenza virusundan qorunmaq üçün ümumilikdə ona qarşı vaksin olunmaq vacibdir. Ən azı bu yolla influenza virusundan 60-70 faiz qorunmaq olar".
 
Həkimin sözlərinə görə, influenza virusunu koronavirusdan fərqləndirmək çətin ola bilər. Lakin influenzada qrip əlamətləri daha çox olur, koronavirusda isə qrip əlamətləri bəzən olur. Bu virusdan qorunmaq üçün peyvənddən əlavə maska taxmaq, normal, sağlam, vitaminli qidalar qəbul etmək lazımdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev