“İnsanın bir dəfə herpesə yoluxması kifayət edir ki, bu virus ömürlük onun orqanizmində qalsın” - Dermatoloq
13.01.2022 12:14
İnsanlar arasında geniş yayılan viruslardan biri də herpesdir. Hüceyrədaxili virus dəridə sinir uclarında oturur və aylarla gizli şəkildə qalır. İmmun sistemi zəifləyən kimi aktivləşir və özünü büruzə verir. İnsanın bir dəfə herpesə yoluxması bəs edir ki, bu xəstəlik ömürlük onun orqanizmində qalsın.
 
Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının həkimi, dermatoloq Sevinc Kərimova ATV-Səhər verilişinə müsahibəsində məlumat verib.
 
Həkimin sözlərinə görə, sinir hüceyrələrində yerləşən herpesin 8 tipi var: "İlk 3 tipə daha çox rast gəlinir. I tip herpes dodaqlarda, burun qanadlarında və yanaqlarda xırda səpkilər şəklində özünü büruzə verir".
 
S.Kərimova bildirib ki, II tip herpes herpes kişi və qadın sonsuzluğuna səbəb ola bilər. III tip herpes uşaqlarda suçiçəyi, böyüklərdə isə kəmərvari dəmrov yaradır. Bəzi insanlarda uçuq ildə 1-2 dəfə, bəzilərində isə həyatları boyu davam edir. İnkubasiya dövrü 1 həftə - 10 gün olan bu virus hava-damcı yolu ilə keçir. Simptomları əhval-ruhiyyənin pisləşməsi, iştahsızlıq, bədən hərarətinin yüksəlməsi, əzginlikdir.
 
"Xəstəlikdən qorunmaq üçün immun sistemi möhkəmləndirilməlidir, bunun üçün qida rasionumu tənzimləmək, ona daim nəzarət etmək lazımdır", - deyə dermatoloq qeyd edib. 
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev