Uşaqların internet asılılığından xilas olması üçün TÖVSİYƏLƏR
12.01.2022 13:43
Son zamanlar uşaqlarda telefonlardan istifadə, internetdə çox vaxt keçirmə halları daha da artıb. Kiçik yaşlı uşaqların əksəriyyəti gün ərzində əlində telefon, planşet səssiz-səmirsiz  ya oyun oynayır, ya da internetə daxil olur. Bəzən valideynlər uşağın sakitliyini təmin etmək, yaxud yeməyini yedizdirmək üçün uşağın əlinə mobil telefon verir. Bu, nə dərəcədə düzgündür? Uşaqlarda internet asılılığını necə aradan qaldırmaq olar?
 
Aztibb.az uşaqların internet asılılığından xilas olması üçün mühüm tövsiyələri təqdim edir:
 
- Övladlarınızı sakitləşdirmək və ya yemək yedizdirmək üçün telefondan, planşetdən istifadə etməyin;
- Övladlarınızın suallarını cavabsız qoymayın, "işim var, məşğulam, sonra..." deməyin. Əgər belə etsəniz, onlar virtual "dost"lar axtaracaq;
- Günlük internet istifadəsi üçün vaxt müəyyən edin və həmin vaxt limitini əsla aşmayın;
- Övladlarınızı bacardığı və maraqlandığı sahələrə, hobbilərə yönləndirin;
- Övladınızın kompüter və smartfondan istifadəsini nəzarətdə saxlayın və virtual mühitdəki dostlarını tanıyın;
- Övladlarınızın real həyatdakı dostluq münasibətlərini dəstəkləyin və onların real həyatda görüşüb səmərəli vaxt keçirmələri üçün planlar qurun.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev