Otit qulağın müəyyən şöbəsinin iltihabi prosesidir
11.01.2022 11:27
İnsanın qulağı anatomik cəhətdən bir neçə şöbəyə bölünür və hər bir şöbənin də özünəməxsus funksiyaları və xəstəlikləri vardır. Beləliklə, qulaq üç hissədən ibarətdir: xarici, orta və daxili qulaq. Xarici qulaq əsasən dəri ilə örtüldüyündən, dəriyə xas olan iltihabi proseslərə burada da rast gəlmək mümkündür.
Aztibb.az xəbər verir ki, qulağa birbaşa aid olan xəstəliklər daxili və orta otitlərdir. Daxili otitlərə az rast gəlinsə də, bu çox təhlükəli xəstəlikdir. Xəstəlik əsasən sərbəst əmələ gəlmir, daha çox orta otitin və ümumi infeksion xəstəliklərin ağırlaşması hesab olunur. Çox zaman bir və ya hər iki qulaqdan ifrazatın olması və ağrı məhz orta otitlə bağlı olur. Orta otitlər daha çox yayıldığına görə, "otit" termini işlənərkən də əksərən orta qulağın iltihabı nəzərdə tutulur.
Xəstələrin şikayətləri qulaqda və qulaqətrafına yayılan ağrılar, qulağın tutulması, eşitmənin zəifləməsi, küy, temperatur və bəzən qulaq pərdəsinin deşilməsi ilə müşahidə olunan ifrazatın və irinin gəlməsindən olur. Lakin xəstədə bu göstərilən şikayətlərin hamısı eyni zamanda müşahidə olunmaya da bilər.
Otitin müalicəsi yerli və ümumi aparılır. Yerli olaraq antiseptik məhlullar, antibiotik damcılar, ağrıkəsicilər və iltihab əleyhinə hormonlar istifadə olunur, qulağı isti saxlamaq və burun tənəffüsünü yaxşılaşdırmaq üçün tədbirlər həyata keçirilir. Ümumi şəkildə isə antibakterial terapiya, sulfanilamid preparatları və immunitetin yüksəlməsinə kömək edən vasitələrdən istifadə olunur. Bununla yanaşı, burun tutulmasına səbəb olan faktorlar (adenoidlər, burun çəpərinin əyriliyi, allergik rinitlər və s.) varsa, onlar da aradan qaldırılmalıdır.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

