“Qida bələdçisi”nin növbəti buraxılışında sağlamlıqla bağlı mühüm məsələlərə toxunulub  
11.01.2022 11:01
"Qida bələdçisi"nin 88-ci buraxılışı yayımlanıb.
 
Aztibb.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə “ARB 24” telekanalının birgə layihəsi olan “Qida bələdçisi” verilişinin növbəti buraxılışı yayımlanıb.
 
Budəfəki buraxılışda da aktual və maraqlı mövzulara toxunulub:
 
- Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, Portuqaliya Respublikasının Leyriya dairəsində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu təhlükəli yoluxucu xəstəlikdən qorunması məqsədilə bu ərazidən diri quş və quşçuluq məhsullarının Azərbaycana idxalına müvəqqəti məhdudiyyət qoyulub.
 
- Artıq 11 minə yaxın iribuynuzlu heyvan identikləşdirilərək həm təsərrüfat, həm də heyvanlar haqqında zəruri məlumatlar Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminə daxil edilib. 2021-ci ilin 15 dekabr tarixindən 2022-ci ilin 6 yanvarınadək identikləşdirilmiş heyvanlardan 2352-si Bakının, 8163-ü Abşeron rayonunun və 260-ı isə Sumqayıt şəhərinin payına düşüb.
 
- Son günlər uşaqlar arasında müşahidə olunan qızdırma, burun axıntısı, boğaz ağrısı, halsızlıq və digər hallara qış mövsümündə hər zaman rast gəlinsə də, pandemiya dövründə yaşadığımıza görə “COVID - 19”-dan şübhələnmək, xüsusən də gündəlik yoluxma sayında qeydə alınan artım təbii ki, valideynlərdə narahatlıq doğurur. Mövsümi xəstəliklərdən uşaqları necə qorumalıyıq? Uşaqlarda immun sistemini zəiflədən amillər hansılardır? Bu barədə qonağımız – ATU-nun "Uşaq xəstəlikləri" kafedrasının dosenti, pediatr Fəxriyyə Məmmədova ətraflı məlumat verib.
 
- Dünyada, eləcə də Azərbaycanda ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin sayı hər il artır. Ən təhlükəli hal isə xəstəliyə gənclər, uşaqlar arasında da geniş rast gəlinməsi, hətta ölümlə nəticələnməsidir. Ürək xəstəliklərinə təkan verən amillər hansılardır? Soyuq aylarda ürək-damar xəstəlikləri niyə kəskinləşir? “AQTA maarifləndirir” rubrikasında AQTİ-nin departament müdiri Nərmin Axundova və invaziv kardioloq Sara Bayramzadə ürəyi qorumaq üçün, risk amillərinin azaldılması ilə bağlı bir sıra tövsiyələri tamaşaçıların diqqətinə çatdırıb.
 
Qeyd edək ki, “Qida bələdçisi” hər həftənin bazar günü saat 19:20-də "ARB 24" telekanalında yayımlanır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev