Ağır nevroloji pozğunluqlardan biri olan - Polineyropatiya 
11.01.2022 10:33
Polineyropatiya - periferik sinirlərin çoxsaylı zədələnmələri ilə xarakterizə olunan ağır nevroloji pozğunluqlardan biridir. Polineyropatiyanın əsas simptomları əllərdə və ayaqlarda hissiyyat pozğunluqları və əzələ gücünün enməsi, əzələlərin atrofiyası, reflekslerinin zəifləməsi və ya tam itməsi və periferik ifliclərin inkişafı şəklində təzahür edir. Neyropatiyanın əksər növləri üçün xarakterik olan cəhət bu simptomların ətrafların distal hissələrində yaranaraq, sonradan tədricən proksimal nahiyələrə yayılması, eləcə də simptomların hər iki tərəfdən aşağı və ya yuxarı ətraflarda simmetrik olaraq inkişaf etməsidir.
 
Aztibb.az-ın xəbərinə görə, tanınmış reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat Pərvin Əkbərov bu barədə məlumat paylaşıb. 
 
Həkimin sözlərinə görə, kəskin demiyelinləşdirici polineyropatiyaların bir növü də Giyen-Barre sindromudur ki, bu zaman xəstədə hissiyyat pozğunluqları və əzələ gücünün zəifləməsi, aşağı ətraf əzələlərin atrofiyası, reflekslerinin zəifləməsi, balans pozğunluğu və periferik ifliclərin inkişafı müşahidə edilir:
 
"Giyen-Barre sindromu kəskin iltihablı demielinləşdirici poliradikuloneyropatiyadır. Çox hallarda infeksion xəstəliklərin nəticəsində inkişaf edir. İndiyə qədər xəstəliyin dəqiq səbəbi müəyyənləşdirilməyib. Bəzi müəlliflər bu xəstəliyi autoimmun xəstəliklərə aid edirlər. Xəstəlik üçün seqmentar demiyelinezasiya xarakterikdir".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev