Boyun ostexondrozunu aradan qaldırmaq üçün TƏBİİ ÜSULLAR 
11.01.2022 09:55
Elm və texnikanın sürətlə inkişafı, insanların tənbəlləşməsi, hərəkətin azalması və kompüter qarşısında saatlarla zaman keçirilməsi bir sıra xəstəliklərin, xüsusən də boyun osteoxondrozunun da artmasına səbəb olur. Baş beyin orqanizmi idarə edən orqan olduğuna görə osteoxondroz nəticəsində onun qan dövranının zəifləməsi bütün bədənin işini pozur. Osteoxondroz nə qədər ağırlaşırsa, beyin qan dövranının pozulması əlamətləri – başgicəllənmə, ağrı, keyimə kimi hallar da o qədər çoxalır. Bəzən başgicəllənmə o dərəcəyə çatır ki, xəstə yolu düz gedə bilmir, başağrısı gün boyu davam edir. Boyun osteoxondrozunun daha da ağırlaşması nəticəsində bütün bədəndə, əsasən də ayaqlarda və qollarda hissiyyatsızlıq və keyimə kimi hallar çoxalır.
 
Aztibb.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib. 
 
Həkim bildirib ki, boyun osteoxondrozu ağır xəstəlikdir və müalicəyə çətin tabe olur. Dərman preparatları və bitkilərlə aparılan müxtəlif müalicələr müvəqqəti nəticə verir. Xəstəlik zamanı fəqərə arasındakı qığırdaqlar tamamilə dağılır, fəqərələrin sümük səthləri bir-birinə toxunaraq zədələnir və bütün fəsadlar da bundan sonra başlayır.
 
"Boyun osteoxondrozunu aradan qaldırmaq üçün bir neçə təbii üsuldan istifadə olunur", - deyə bildirən F.Hüseynov, əlavə edib ki, ilk növbədə başdan 3, boyundan 2 və onurğa üstündən belə qədər 5 banka həcəmət edilir.
 
Onun sözlərinə görə, 10 gün keçdikdən sonra həftədə 10, cəmi 50 ədəd zəli qoyulur. 1-ci həftə boyuna 10, 2-ci həftə boyunla kürək arasına 10, 3-cü həftə kürəyə 10, 4-cü həftə belə 10, 5-ci həftə yenə də boyun üstünə 10 ədəd zəli qoyulur. Zəli qoymazdan əvvəl qanın ümumi analizinə və qan laxtalanmasına diqqət etmək lazımdır. Əgər qanda hemoqlobin azdırsa, yüksəltmək lazımdır, əgər qan durudursa, onda ya zəli qoyulmamalı və ya həftədə 4-5 ədəddən çox qoyulmamalıdır.
 
F.Hüseynov qeyd edib ki, müalicə ilə yanaşı, 2 ay öksəotu və sofora bitkiləri qarışdırılaraq 2 xörək qaşığı 3 stəkan su tutan termosda dəmlənir və gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan qəbul edilir. Müalicə proseduru hər 4 aydan bir təkrar edilir. Boyun osteoxondrozunun daha bir səmərəli müalicəsi isə təzə andız köklərini ətçəkən maşından keçirib boyuna qoyub bağlamaqdır. Andız kökünü 2 gündən bir cəmi 10 dəfə qoymaq effektlidir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev