Salatların yararlılıq müddəti nə qədərdir? - Mütəxəssislər AÇIQLADI
10.01.2022 15:27

Salatlar müxtəlif xarakteristikalı məhsulların birləşməsindən ibarətdir. Buna görə də, onların yararlıq müddətini müəyyən etmək asan olmur. Yararlılıq müddəti bitmiş salatlardan ağır qida zəhərlənməsi ehtimalı yüksəkdir.

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, Rusiyanın Rospotrebnadzor İdarəsindən qeyd edirlər ki, belə yeməklərə souslar və əlavələrin qatılması mikrobların artımını sürətləndirir, beləliklə salatlar tez xarab olan məhsullar qrupuna aid olur. Onları soyuducuda +2ºС-dən +6ºС-yə qədər temperaturda saxlamaq tələb olunur.

 

Salatların ümumi yararlılıq müddəti tərkibdəki inqrediyentlərdən asılıdır. Belə ki, çiy meyvələr, çiy və ya qaynadılmış tərəvəzlər, ət, (həmçinin quş və hisə verilmiş) qatılmış yeməkləri sous əlavə etmədən 18 saatdan çox, sous əlavə edildikdə isə 12 satdan çox olmayaraq saxlamaq lazımdır.

 

Reseptdə dəniz məhsulları olduğu halda, yararlıq müddəti 12 saata qədər azalır.

 

Daha uzun müddətli salatlara isə turşuya qoyulmuş tərəvəzlərin qarışığından ibarət salatlar aiddir. Onları 36 saat ərzində təhlükəsiz istifadə etmək olar. Ən qısamüddətli yeməklər isə tərkibində yumurta və ya tərəvəz konservləri olanlardır. Onları sousun əlavə edilməsindən sonra 6 saata qədər saxlamaq olar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev