“İmmun sistemini gücləndirmək üçün ən yaxşı üsul təbii yollarla vitamin qəbuludur” - Həkim
10.01.2022 11:47
Özümüzü halsız, yorğun hiss edəndə orqanizmdə vitamin çatışmazlığı olduğunu düşünürük. Bunu aradan qaldırmaq, immuniteti gücləndirmək üçün vitamin kompleksləri qəbul edilir. Lakin həkim məsləhət olmadan vitaminlərin qəbulu fəsadlar törədə bilər.
 
Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının Təcili Yardım şöbəsinin rəisi, təcili yardım həkimi Nərgiz Kərimova ATV-nin “Səhər” proqramına “Vitaminlər hansı halda zərər verir?” mövzusunda müsahibəsində deyib. 
 
Həkim qeyd edib ki, insan xəstə olanda ilk C vitamininə müraciət edir, ancaq onun yüksək dozada və uzun müddət qəbul edilməsi oksalat daşlarını formalaşdıra bilər.
 
"Buna görə vitamin qəbul etməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır. İmmun sistemini gücləndirmək üçün ən yaxşı üsul təbii yollarla vitamin ehtiyacını ödəməkdir. Mövsümə uyğun qəbul edilən təbii şirələr ən zəngin vitamin və mineral qaynağıdır", - deyə həkim vurğulayıb. 
 
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev