"İnqalyasiya sırf həkim təyinatı ilə tətbiq edilməlidir" - Səhiyyə Nazirliyindən AÇIQLAMA
08.01.2022 18:44

Son günlər uşaqlar arasında geniş yayılmış xəstəlik bir çox valideynləri evdə müalicə aparmağa vadar edir. Uşaqlar arasında ən çox yayılmış əlamətlərdən biri də güclü öskürəkdir. Əksər valideynlər öskürək əlyehinə inqalyasiya aparatlarından həkim göstərişi olmadan istifadəsi edirlər.

 

Dərmanlardan göstərişsiz istifadə fəsadlara səbəb ola bilərmi? İnqalyasiya dərmanları necə təyin olunur? Hansı məhlulları həkim təyinatı olmadan istifadə etmək olar? Ümumiyyətlə inqalyasiya mövzusunda valideynlər nələrə diqqət etməlidir?

 

Səhiyyə Nazirliyinin ekspert mütəxəssisi Əkbər Quliyev Aztibb.az-ın bu aktual mövzuda suallarını cavablandırıb.

 

Mütəxəssis bildirib ki, viral xəstəliklərə yoluxan zaman ən ciddi, narahatedici şikayətlərdən biri də öskürəkdir. Öskürəyə səbəb bronxlar və ya ağciyər toxumasında olan dəyişiklik ola bilər. Ona görə həkim müayinəsi mütləqdir. Çünki allergik, ağciyər pnevmaniyalarından qaynaqlanan öskürək, yaxud kəskin bronxitlərin qıcıq öskürəkləri ola bilər. Təbii ki, göstərişsiz dərman qəbulu uşaqlara ziyan verə bilər. Hər bir dərmanı verərkən uşağın çəkisini, yaşını nəzərə alaraq təyin edirik.

 

Həkim xüsusilə son zamanlar antibiotiklərin göstərişsiz verilməsinin çox ciddi problem yaratdığını, uşaqların bu kimi preparatların əks təsirlərinə məruz qaldıqlarını nəzərə çatdırıb.

 

Ə.Quliyev qeyd edib ki, inqalyasiya üsulu öskürəyin müalicə növlərindən biridir və yerli bronxlara təsir edir. İnqalyasiya dərmanlarının da həkim tərəfindən təyin olunması məqsədəuyğundur:

 

"Həkim təyinatı olmadan öskürək əleyhinə sadəcə bitki mənşəli dərmanlardan istifadə etmək olar. Və ya ev üsulu kimi bal, süd və digər təbii məhsullardan istifadə etmək faydalıdır".

 

Ekspert onu da əlavə edib ki, inqalyasiya sırf həkim təyinatı ilə tətbiq edilməlidir. Çünki inqalyasiya dərmanları müxtəlif olur və hər biri fərqli təsir mexanizmlərinə malikdir. Həkim müayinə edib öskürəyin xarakterini müəyyənləşdirdikdən sonra təyinat üzrə inqalyasiya dərmanları yazılmalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev