Antiseptik xüsusiyyətə malik - Dəfnə yarpağı
08.01.2022 10:28

Dəfnə yarpaqlarından mətbəxdə geniş istifadə edilir. Ətirli yarpaqlar şoraba, turşu, balıq və ətli xörəklərə xoş qoxu verir. Xörəkdə dəfnə yarpağından istifadə olunması mədə-bağırsağa xeyirlidir.

 

Aztibb.az xəbər verir ki, dəfnə yarpağından natural dərman istehsalında, kosmetik sənayedə də istifadə olunur. Dəfnə meyvələrindən əldə edilən yağ antiseptik xüsusiyyətə malikdir. Dəfnə yağı mikroböldürücü, sidikqovucu, tərlədici, spazmgötürücü və ağrıkəsici təsir göstərir. Onun saç tökülməsinə qarşı istifadə edilməsi tükləri möhkəmlədir, kəpəklənməni azaldır, saçlara yumşaqlıq və parlaqlıq verir. Dəri xəstəlikləri zamanı da həmin yağdan istifadə olunması faydalıdır.


Dəfnə yarpaqlarından hazırlanan sabunlar antiseptik və nəmləndirici təsirə malik olduğundan saçda göbələk əmələ gəlməsinə mane olur, saç diblərindəki məsamələri açır və tüklərin bərpasına kömək edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev