"Nevroloji problemi olan uşaqlar koronavirusu çox ağır keçirə bilərlər"
07.01.2022 15:42

Uşaqda COVID-19 simptomları müşahidə edilirsə, onun test olunması mütləqdir. Uşaqlar COVID-19 xəstəliyini, adətən, yüngül keçirsələr də, məsələyə etinasız yanaşmaq olmaz. Nəzərə almaq lazımdır ki, immuniteti zəif, artıq çəkidən əziyyət çəkən, o cümlədən nevroloji problemləri olan uşaqlar koronavirusu çox ağır keçirə bilərlər. Belə problemlər olmadığı halda, uşaqlar COVID-19-u, adətən, yüngül və ya orta keçirirlər. Nadir hallarda isə bəzi uşaqlar infeksiyanı yüngül keçirsələr də, sağaldıqdan sonra onlarda orqanizmin bütün sistemlərini əhatə edən bir sıra xəstəliklər ortaya çıxa bilər. Lakin narahat olmağa dəyməz, çünki həmin xəstəliklərin də müalicəsi var.

 

Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-pediatr Erkin Rəhimov deyib.

 

Həkim-mütəxəssis bildirib ki, valideynlər qızdırması yüksək olan uşaqları çox qalın geyindirməməli, onlara bol maye içirtməli və istirahətlərini təmin etməlidirlər.

 

E.Rəhimovun dediyinə görə, infeksiya əlamətləri olan uşağı məktəbə və ya bağçaya göndərmək olmaz:

 

“Uşağın səhhətində narahatlıq hiss edilən kimi həkim müayinəsi mütləq aparılmalıdır. Əlavə olaraq, uşaqları özbaşına müalicə etmək olmaz. Bəzi valideynlər övladları xəstələndiyi zaman aptekə üz tutaraq müxtəlif antibiotiklər alır və uşağı özbaşına müalicə etməyə çalışırlar. Əgər həmin dərman preparatları doğru təyinat olmazsa, uşağa çox zərər verə bilər. Həmçinin şəxsi gigiyenanın əhəmiyyətini qabartmaq, məsələni düzgün şəkildə uşaqlara izah etmək lazımdır. Əl təmizliyi, tibbi maskadan istifadə kimi gigiyenik qaydalara əməl etmək xüsusilə pandemiya dövründə çox vacibdir. Uşaqlar bir-biri ilə, mümkün olduğu qədər, yaxın təmasda olmamalı, onlar xəstələrdən uzaq saxlanılmalıdırlar. Gigiyenik qaydalar, onların vacibliyi və tətbiqi uşaqlara aşılanmalıdır”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev