Fol turşusu orqanizmə nə üçün lazımdır?
07.01.2022 11:28
Orqanizmdə baş verən bir çox proseslər üçün fol turşusu çox vacib rol oynayır. Bu maddə hüceyrələrin böyüməsinə və DNK bütövlüyünün qorunmasına cavabdehdir. Bu proseslərin pozulması şişlərin meydana gəlməsinə səbəb olur, buna görə də fol turşusu müəyyən dərəcədə yeni törəmələrin qarşısını alır.
 
Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, immunitet sisteminin düzgün işləməsi, ürək və qan damarlarının işi, amin turşularının sintezi üçün lazımdır. Fol turşusu sinir sisteminə və buna görə də əhvalımıza və performansımıza faydalı təsir göstərir. Və nəhayət, fol turşusu qan əmələ gəlməsi üçün çox vacib sayılır. Hətta onun çatışmazlığı anemiyaya səbəb ola bilir.
 

Hamilə qadınlarda isə fol turşusuna tələbat 100% artır. Bu vitamin dölün skelet və daxili orqanlarının formalaşması, inkişafı baxımından çox vacibdir.

 

Fol turşusu dölün sinir borusu defektlərinin və onurğanın inkişaf patologiyalarının vacib profilaktika faktorudur. Yaxşı olar ki, fol turşusunun qəbuluna hamiləlikdən əvvəl başlanılsın. Lakin hamiləlik ilk həftələrindən fol turşusunun qəbuluna başlamaq da gec deyil. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev