Diz ağrıları zamanı faydalı olan 5 İDMAN HƏRƏKƏTİ
06.01.2022 10:26

Diz ağrılarının qarşısının alınmasında artıq çəkidən azad olmaq və diz oynağını stabilləşdirən idman hərəkətləri etmək vacibdir. Bununla diz oynağını ani zədələnmədən və yaşlanma ilə bağlı proseslərdən qorumaq mümkün olmasa da, oynaqlara düşən yükü azaltmaq və zədələnməyə davamlılığı artırmaq mümkündür.

 

Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının tanınmış həkimi, Barselona Skolioz Məktəbində ixtisaslaşmış həkim-fizioterapevt Səidə Kərimova bu barədə məlumat verib.

 

Həkimin sözlərinə görə, diz ağrılarının reabilitasiya dövründə faydalı idman hərəkətləri icra olunur. Ümumi qaydaları nəzərə alsaq, görərik ki, yaşlandıqca dizin strukturları və xüsusən menisk zədələnməyə daha meyilli olur. Buna görə tam bükülmə və ani kritik hərəkətlərdən özünüzü qormaq lazımdır. Hər hansı idman hərəkətləri zamanı ağrı hiss etdikdə, onu dayandırmaq lazımdır.

 

Diz üçün idman hərəkətləri:


1. Ayağınızı düz qoyun. Dizin altına dəsmal qoyun. Bud əzələnizi çarpayıya doğru sıxın. 6 saniyə saxlamaqla 10 saniyə fasilə etməklə gün ərzində 10 dəfə təkrarlayın. 

2. Düz uzanın. Sağlam dizinizi bükün. O biri ayağı düz halda 30 sm hündürlüyə  qaldırın və 5 saniyə saxlayın. 10 dəfə təkrar edin. Bel ağrıları varsa, bu hərəkəti etməyin.

3.  Hər iki ayağınızı bükün. Diziniz 90 dərəcə bükülmüş vəziyyətdə, dabanlarınızı yerdə, çanağınızı qaldırırsınız və 5 saniyə saxlayıb endirirsiniz.10 dəfə təkrarlayın.

4.  Üzü üstə uzanın. Ayağınızı yerdən qaldırın, 5 saniyə saxlayın və endirin. 10 dəfə təkrarlayın.

5.  Bu hərəkət ayaqüstə icra olunur. Ayaqlarınız çiyinləriniz ilə paralel bir qədər aralı vəziyyətdə dayanırsınız. Əllərinizi dəstək üçün stola qoya bilərsiniz. Dizlərinizi bir qədər bükün və bir az aşağı gedin (15 sm), ayaqlarınız (pəncə) tam yerdə olmalıdır. Tələsmədən əvvəlki düz vəziyyətə qayıdırsınız.10 dəfə təkrarlayın.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev