Həm ucuz, həm də çox faydalı olan - Kilkə balığı
06.01.2022 10:11
Kilkə balığı həm böyüməkdə olan uşaqlar, həm hamilə qadınlar, həm süd verən analar, həm də yaşlılar üçün olduqca faydalı bir nemətdir.
 
Aztibb.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov  qeyd edib ki, bu balıqlar fosfor mənbəyidir. Belə ki, kilkə balığında başqa balıqlarda olduğundan qat-qat çox fosfor vardır (hər 100 qramında təxminən 300 mq), bu isə bizim gündəlik normadan 3 dəfə çoxdur. Fosfor hamilə qadınlarda körpənin beyin inkişafı üçün əvəzolunmaz nemət olmaqla yanaşı, böyüməkdə olan orqanizmə kalsiumdan sonra ikinci lazım olan mineraldır.
 
Fosfor beyini inkişaf etdirir və bizim hər bir toxumamızda rast gəlinən bir mineraldır. Təxminən 100 kiloqramlıq insanda 1 kq fosfor olur. Bunun da 80 faizi sümüklərdə və dişlərdə olur, fosfor həm zülal, həm də karbohidratın əmələ gəlməsində aktiv rol oynayır.
 
Orqanizmində fosfor çatışmayan uşaqlarda sümük əyilməsi, arıqlama, gözlərdə zəifləmə və s. kimi hallar baş verir. Nəzərə almaq lazımdır ki, fosforun çoxluğu da bir problemdir:
 
"Hər gün kilkə balığı yesək də, bədəndə fosfor artıqlığı olmaz, lakin dərman içsək belə bir problem olacaq. Ona görə də təbii şəkildə qidalanmaq lazımdır".
 
Bundan başqa balıqda hər 100 qramda kalsium 300 mq (gündəlik norma 1200), maqnezium 45 (gündəlik norma 280) kimi minerallar da vardır. Həftədə 2-3 dəfə balıq yemək çox faydalıdır. Balıqdakı Omeqa-3 yağ turşuları insan beyninin normal fəaliyyətində xüsusi rola malikdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub