Kondisionerdə kif göbələklərinin olması sağlamlıq üçün ciddi təhlükədir  
06.01.2022 09:50

Qış aylarında mənzil və ofisləri isitmək üçün kondisionerdən də istifadə olunur. Amma burda müəyyən qaydalara əməl olunması vacibdir. Həmin qaydalara əməl edilməməsi insan sağlamlığı üçün fəsadlar yarada bilər.

 

Həkim-pulmonoloq Əsəd Beydullayev bu barədə danışaraq, deyib: “Qaydaların gözlənilməməsi müəyyən xəstəliyi olanlara, xüsusilə faringitin kəskinləşməsinə, göz və burun quruluğuna səbəb ola bilər. Lakin onların hamısının önündə legionella deyilən bir infeksiya dayanır, həmin infeksiyaya yoluxma zamanı halsızlıq və eynən qripdə olan əlamətlər müşahidə olunur və onu kondisionerdən törəyən xəstəlik hesab edirlər. Oynaq ağrıları, temperatur yüksəlməsi, halsızlıq və qrip xəstəliyində olan əlamətlər baş qaldırır. Kondisionerdə kif göbələklərinin olması daha böyük fəsadlara səbəb ola bilir”.

 

Sağlamlıqda belə fəsadlarla üzləşməmək üçün kondisionerlərin filtrləri vaxtında təmizlənməlidir. Təəssüf ki, əksər hallarda vətəndaşlar bu məsələyə laqeyd yanaşırlar: Əslində kondisionerin içərisindəki baraban və filtrlər təmizlənməlidir. İşləndikcə kondisionerə toz və gözə görünməyən bakteriayalar yığılır və onlar orqanizmə zərər vurur.

 

Bir məqama da xüsusi diqqət yetirmək tövsiyə edilir. Evi kondisionerlə qızdırarkən temperaturu yüksək etmək məsləhət görülmür. “İlk növbədə onu qeyd etmək istəyirəm ki, kondisionerdən istifadə olunarkən onun texniki xüsusiyyətləri nəzərə alınmalıdır. Evdəki kondisionerlə - istər yay, istərsə də qış ayları olsun – bayırdakı temperatur arasında 4-5 dərəcədən artıq fərq yaranmamalıdır”, - deyə həkim-pulmonoloq bildirib.

 

Qaydalara riayət etmək sağlamlıq üçün mütləq şərtdir. Həmin tövsiyələrə əməl edilsə, təhlükələrdən sığortalanmaq mümkündür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev