Sünnəti kriptorxizm əməliyyatı ilə eyni vaxtda icra etmək olar? - Uşaq cərrahı AYDINLIQ GƏTİRDİ
05.01.2022 15:27

"Tək xayası olan oğlan uşaqları gələcəkdə fertilizasiya - övlad sahibi olmaq baxımından bir problem yaşamaz".

 

Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının Uşaq cərrahiyyəsi şöbəsinin yüksəkixtisaslı uzman uşaq cərrahı Vüsal Cəfərov “Uşaqlarda Kriptorxizm” mövzusunda canlı yayımda çıxış edərkən belə deyib.

 

Onun sözlərinə görə, əsas problem xayanın tək olmasıdır ki, bu da hər hansı  bir bədxassəli şiş yaranar və ya travma olarsa, uşağın daimi hormona bağlı olmasına səbəb ola bilər. Bu səbəbdən tək xayası olan uşaqların ailələri onları travmalardan qorumalıdır.

 

Həkim qeyd edib ki, normal xayalarda kriptorxizm yüksək deyilsə (kanal içərisindədirsə), bu zaman da fərqli manevrlərlə kriptorxizm əməliyyatını 6 ayı tamam olmuş uşaqlarda icra etmək mümkündür.

 

"Əgər zaman problem yaratmırsa, yəni əməliyyat müddəti çox uzanmırsa, xəstənin kliniki vəziyyəti normaldırsa, sünnəti kriptorxizm əməliyyatı ilə eyni vaxtda icra etmək olar", - deyə V.Cəfərov əlavə edib. 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev