Orqanizmi möhkəmləndirir, zəifliyi aradan qaldırır..
02.01.2022 13:16

Xaşın əsas faydası sümükləri möhkəmləndirməkdir. Bu səbəbdən sümük sınıqları zamanı xaş "müalicəvi qida" sayılır. Lakin mütəxəssislər bu fikirlə razı deyil. Xaşın tərkibində sümüklərin əsas "tikinti materialı" olan kalsium azdır. Lakin bir çoxların sevimli yeməyi olan xaşın sağlamlığımız üçün daha da vacib faydaları var.

 

Aztibb.az tibbi mənbələrə istinadən, xaşın sağlamlıq üçün inanılmaz faydalarını təqdim edir.

 

- Xaş orqanizmə güc verir, orqanizmi möhkəmləndirir, zəifliyi aradan qaldırır.

- Xaş beyin üçün ən faydalı yeməklərdən biridir. Onun tərkibində B qrupu vitaminləri, qlisin və polidoymamış yağlı turşular var. Bu maddələr beyinin sağlamlığını və normal fəaliyyəti üçün olduqca vacibdir.

- Xaşın tərkibində olan qlisin aminturşusu stresi və gərginliyi azaldır, sakitləşdirir, yuxunu tənzimləyir.

- B qrupu vitaminləri ilə zəngin olan xaşın qanazlığından əziyyət çəkənlərə də faydası var.

- Xaşın tərkibində olan kollagen dərini, birləşdirici toxumaları, bağ və oynaqları sağlam və cavan edir.

Oynaq problemləri, osteoxondroz kimi pozulmaları olan insanlar mütləq xaş yeməlidir. Xaş oynaqların və fəqərə arası diklərin dağılmasını ləngidir.

- Kökəlmək istəyirsinizsə, xaş yeyin.

- Xaşın tərkibində olan lizin aminturşusu kalsiumun mənimsənilməsini yaxşılaşdırır, immuniteti möhkəmləndirir, damarları genişləndirir.

- Xaş saçları daha sağlam edir, onların uzanmasını sürətləndirir.

 

Bütün bu faydalı xüsusiyyətlərə baxmayaraq xaş kifəyət qədər "ağır" yemək olduğunda onu tez-tez və çox yemək tövsiyə edimir. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev