Gur və sıx saçlar üçün nə etməli? 
01.01.2022 13:18
"Saçların gur və sıx olması demək olar ki, ən çox soruşulan suallardan biridir. Bu resept bir çox insana tanış olsa da xatırlamaqda fayda var".
 
Aztibb.az-ın xəbərinə görə, həkim-fitoterapevt Fizuli Hüseynov bildirib ki, axşam yatmazdan əvvəl saç diblərini gənəgərçək yağı ilə masaj etmək çox faydalıdır. Çalışmaq lazımdır ki, yağ bütün saç diblərinə dəysin, sonra saçları yağa tam batıraraq başı bağlayıb səhərə qədər yatmaq tövsiyə olunur. Bunu həftədə 2 dəfə etmək olar. Saç diblərinə vurarkən qulaq çöpü ilə kirpiklərə və qaşlara da vurmaq kirpiklərin uzanmasına, qaşların sıxlaşmasına səbəb olacaq.
 
Gənəgərçək yağının digər faydaları
 
Əgər sızanaq varsa, bu yağı üzə də tətbiq etmək olar. Yağ saç tökülməsinin qarşısını alır, təzə tökülən saçların bərpasına səbəb olur. Eləcə də kəpək əleyhinə təsiri var, saç dibindəki səpkiləri və qaşınmanı götürür. Daban və qarın çatları varsa, həmin nahiyələrə də gənəgərçək yağını vurmaq faydalıdır.
 
"Gənəgərçək yağının həm də ağrıkəsici təsiri vardır, oynaq ağrılarında oynaqları bu yağla masaj edə bilərsiniz, gənəgərçək yağını səhərlər acqarına 1 çay qaşığı içmək isə qəbizliyin qarşısını alır", - deyə F.Hüseynov bu yağın çox sayda faydalarından bəhs edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev