"Qida bələdçisi"nin növbəti buraxılışında aktual və maraqlı mövzulara toxunulub  
29.12.2021 19:27
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə “ARB 24” telekanalının birgə layihəsi olan “Qida bələdçisi” verilişinin növbəti buraxılışı yayımlanıb.
 
Aztibb.az xəbər verir ki, budəfəki buraxılışda da aktual və maraqlı mövzulara toxunulub:
 
- Bakıda və Sumqayıtda, eləcə də Abşeron rayonunda ailə-kəndli və fermer təsərrüfatlarında heyvanların identifikasiyası və qeydiyyatı davam edir. Qeyd edək ki, 15-22 dekabr tarixlərində artıq 4300-dən çox iribuynuzlu heyvan identikləşdirilib və həm təsərrüfatlar, həm də heyvanlar haqqında məlumatlar elektron sistemə daxil edilib.
- Bölgələrdə bitki sağlamlığına dair maarifləndirici xarakterli təlimlər davam edir. Budəfəki təlim qış mövsümündə meyvə bağlarına qulluq, xüsusən də zərərli orqanizmlərə qarşı qabaqlayıcı olaraq zəruri aqrotexniki mübarizə tədbirləri barəsində olub. Təlimdə Quba, Qusar, Xaçmazdan olan fermerlər, təsərrüfat sahibləri iştirak ediblər.
- İran İslam Respublikasından ölkəmizə idxal olunan 134 ton duz məhsulunun istehlak üçün yararsız olduğu aşkarlanıb.
- Saxtalaşdırılmış alkoqollu içkilərin istifadəsi istehlakçıların sağlamlığı və həyatı üçün olduqca təhlükəlidir. Belə ki, spirtli içkilərin keyfiyyəti azaldıqca orqanizmə mənfi təsiri bir o qədər də artmış olur. Bəs, saxta məhsulu necə tanıyaq? İstehlakçılar hansı məqamlarda daha diqqətli olmalıdırlar? Mövzu barədə AQTA-nın Bakı Regional Bölməsinin rəisi Zaur Kərimov ətraflı məlumat verib.
- Artıq Yeni ilə sayılı günlər qalır. Deyirlər ili necə qarşılasaq, elə də keçəcək. Ona görə də hər kəs Yeni il süfrəsini daha zəngin, təmtəraqlı etməyə çalışır, çeşid-çeşid yeməklər, şirniyyatlar hazırlanır. Bayram ərəfəsində bir çox çeşiddə təamları bir arada yemək, qidalanmada yol verdiyimiz digər səhvlər sonradan orqanizmdə ciddi fəsadlara yol açır. Yeni il süfrəsi necə olmalıdır? Bayram ərəfəsində qidalanmada yol verdiyimiz səhvlər nədir? Bu barədə AQTİ-nin mütəxəssisi Aynur Həsənova “AQTA maarifləndirir” rubrikasında ətraflı bəhs edib.
- Bayat yeməyin orqanizmə ziyanı var? - deyə sosial şəbəkələr vasitəsilə ünvanlanmış sualı budəfəki “Sualım var...” rubrikasında AQTİ-nin mütəxəssisi Ülviyyə Cəlilova cavablandırıb.
 
Qeyd edək ki, “Qida bələdçisi” hər həftənin bazar günü saat 19:20-də "ARB 24" telekanalında yayımlanır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev